Göyçayda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Alyans.media “Unikal”a istinadən xəbər verir ki, idarəetmədən çıxan motosiklet yol kənarında dayanan avtomobilə çırpılıb. Müxtəlif bədən xəsarətləri alan 2001-ci il təvəllüdlü motosiklet sürücü Rəşad Abdullayev xəatəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.










