• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Sosial

“MTV” kanalına ciddi xəbərdarlıq edilib

17 Dekabr, 25 / 15:40
A A
“MTV” kanalına ciddi xəbərdarlıq edilib

17 dekabr 2025-ci il tarixdə Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclası keçirilmişdir. İclasda “MTV” kanalının efirində baş vermiş pozuntu halı müzakirə olunmuşdur.

Alyans.media xəbər verir ki, bu barədə Audiovizual Şura məlumat yayıb.

“MTV” kanalının efirində 28.11.2025 tarixdə, saat 10:04-11:54 arası yayımlanan “Xoş sabah” proqramında ailə həyatının görünən və görünməyən tərəfləri, qadın-kişi münasibətlərindəki çətinliklər, müasir ailələrə təsir edən sosial basqılar, rolların dəyişməsi mövzuları müzakirə edilmişdir. Proqramda iştirak edən qonaqlardan biri “İnsanlar düşünürlər ki boşanma ay pisdir, xaosdur. İnkişaf deməkdir. Nə mənada? Qadınların hüquqları artmağa başladıqca özünü ifadə etmək, inkişaf başladı. Yəni mən də insanam. Mən də sənin qədər, sənin duyduğun qədər, sənin kimi mənim də ehtiyaclarım var. Ortaya çıxmağa başladı. Qadın hüquqları artıqca, boşananların sayı artmağa başladı. Bu da inkişafı göstərir, əslində cəmiyyətdə. Sivilizasiya inkişaf etməyə başlayıb və bütün sivilizasiyalar məhz xaos üzərindən olur. Boşanma pis bir şey deyil. Boşanma o deməkdir ki, insanlar artıq fərqindədir ki, əvvəllər dözərək yaşayırdılar, şiddətə dözürdülər, susurdular hər bir şeyə. Bu gün o söhbət yoxdur artıq. Bügün artıq insanlar necə deyərlər, partnyorluğa önəm verirlər, birlikdə yaşamağa.” ifadələrini işlətməklə öz mövqeyini ifadə etmişdir. Digər bir qonaq isə, buna cavab olaraq “Bu inkişaf deyil, əxlaqsızlıqdır” ifadəsindən istifadə etmişdir. Boşanmanın inkişaf kimi təqdim edilməsi və ya tam əksinə olaraq bunun əxlaqsızlıq adlandırılması, ümumən isə, redaksiya nümayəndəsinin (bu halda, aparıcının) belə fikirlərə zəruri müdaxilə etməməsi Audiovizual Şuranın monitorinq mütəxəssisləri tərəfindən qanunvericilik pozuntusu kimi qeydə alınmış, zəruri prosedurlara uyğun olaraq araşdırma aparılmış, hüquqşünaslar tərəfindən pozuntu faktı təsbit olunmuşdur.

İclas zamanı Audiovizual Şura üzvləri məsələni ətraflı müzakirə etmişlər. Qeyd olunmuşdur ki, boşanma haqqında danışmaq, müzakirələr keçirmək olar, amma boşanmanın “inkişaf” kimi təqdim olunması, digər tərəfdən, boşanmanın əxlaqsızlıqla eyniləşdirilməsi qəbuledilməzdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində açıq bəyan edilir ki, ailə cəmiyyətin əsas özəyidir və dövlətin himayəsindədir. Azərbaycan Respublikasının Ailə Məcəlləsində boşanma hüququ tanınır, amma boşanma müsbət sosial dəyər kimi təqdim edilmir və ailənin qorunması prioritet hesab olunur. Audiovizual Şuranın üzvləri tərəfindən “boşanmaq inkişafdır” ifadəsi Ailə Məcəlləsinin, habelə “Media haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanunların bir sıra müddəalarının məqsəd və ruhuna zidd mesaj kimi qiymətləndirilmiş, qeyd olunan yayımla bağlı “MTV” kanalına ciddi xəbərdarlıq olunmuşdur.

Audiovizual Şura bir daha bütün yayımçıları qanunvericiliyin tələblərinə ciddi əməl etməyə, redaksiya nəzarətini gücləndirməyə, yayım zamanı ictimai dəyərlərə hörmət etməyə, həssas mövzularda, xüsusilə ailə, uşaq, nikah mövzularında diqqətli olmağa çağırır.

 

P.S. Yeri gəlmişkən, qeyd edək ki, artıq bir dəfə də kanal 4000 manat cərimələnib. Son vaxtlar televiziyada aparılan yararsız kadr dəyişikliyi öz təsirini göstərib. İddialara görə, yeni prodüser işinin öhdəsindən gəlmir və bu sahədə heç bir təcrübəsi yoxdur. Bundan əlavə, kanalda yersiz olaraq informasiya proqramları yığışdırılıb.

Əvvəlki yazı

Xəzər sahilində narkokuryerlik edən şəxs saxlanıldı

Növbəti yazı

Gültəkin Hacıbəylinin şikayəti təmin edilmədi

XƏBƏR LENTİ

İsrail ordusu HAMAS-ın silah anbarını vurdu

İsrail ordusu HAMAS-ın silah anbarını vurdu

06/02/2026 23:58
NASA astronavtlara buna icazə verəcək

NASA astronavtlara buna icazə verəcək

06/02/2026 23:23
Bəzi şəxslər yeni mənzillərlə təmin olunacaqlar

Bəzi şəxslər yeni mənzillərlə təmin olunacaqlar

06/02/2026 22:55
Uzunluğuna görə “Ginnesin Rekordlar Kitabı”na düşdü

Uzunluğuna görə “Ginnesin Rekordlar Kitabı”na düşdü

06/02/2026 22:26
Pakistan İslamabaddakı terror aktı ilə əlaqədar dəstəyə görə Azərbaycana təşəkkür edib

Pakistan İslamabaddakı terror aktı ilə əlaqədar dəstəyə görə Azərbaycana təşəkkür edib

06/02/2026 21:58
Rusiyada avtobusla yük maşını toqquşdu - 5 uşaq ölüb

Masallıda “Mercedes”lər toqquşdu - Ölən var

06/02/2026 21:36
Epşteynin sağ olduğu iddia olunur

Epşteynin sağ olduğu iddia olunur

06/02/2026 21:08
Azərbaycan Rusiyaya nota verdi

Azərbaycan Rusiyaya nota verdi

06/02/2026 20:41
Ekspert: “Bu gün ‘’İdrakda’’ baş verən, sabah istənilən məktəbdə təkrarlana bilər”

Ekspert: “Bu gün ‘’İdrakda’’ baş verən, sabah istənilən məktəbdə təkrarlana bilər”

06/02/2026 20:14
Ermənistanda parlament seçkiləri bu tarixdə keçiriləcək

Ermənistanda parlament seçkiləri bu tarixdə keçiriləcək

06/02/2026 19:52
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.