“Qarabağ” komandası cari ildə sonuncu oyununa bu gün çıxacaq.
Alyans.media xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Misli Premyer Liqasının XVI turunda “Qəbələ”nin qonağı olacaq.
Qarşılaşma saat 15:00-da start götürəcək. Ağdam təmsilçisi 33 xalla ikinci, meydan sahibləri 8 xalla 11-ci pillədə qərarlaşıb.
Günün ikinci görüşündə “Araz-Naxçıvan” “Şamaxı” ilə üz-üzə gələcək. Bu oyun saat 17:30-da başlanacaq. Naxçıvan klubu 23 xalla beşinci, qonaqlar 20 xalla yeddinci sıradadır.










