• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Media

Azərbaycan benzinini alan erməni oliqarx kimdir?

22 Dekabr, 25 / 23:27
A A
Azərbaycan benzinini alan erməni oliqarx kimdir?

Uzun illərdən sonra Azərbaycanla Ermənistan arasında neft məhsulları sahəsində ilk kommersiya əməliyyatı həyata keçirilib. Dekabrın 18-də SOCAR tərəfindən istehsal edilmiş 1220 ton Aİ-95 markalı 22 vaqon benzin Gürcüstan ərazisi vasitəsilə Ermənistana yola salındı. Bakıdakı Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsal olunmuş 1 220 ton Aİ-95 markalı benzin ixrac edilib. Yük həcmi 22 dəmir yolu sisterninə bərabərdir.

Neft məhsulunun alıcısı Ermənistanın “Mega Trade” şirkətidir. Ermənistan mediasının məlumatına görə, Azərbaycandan gətirilən benzin ölkə daxilində “Ran Oil” yanacaqdoldurma məntəqələri şəbəkəsi vasitəsilə satışa çıxarılacaq.

Alyans.media Modern.az-a istinadən xəbər verir ki, Azərbaycan benzininin satışa çıxarılacağı “Ran Oil” Ermənistanda fəaliyyət göstərən iri yanacaqdoldurma məntəqələri şəbəkəsidir. Şirkət 2021-ci ildən etibarən “SIL Concern” holdinqinə daxildir və İrəvanda və iri şəhərlərdə,- Gümrü, Abovyan, Vanadzor və Armavir daxil olmaqla,- 24 saat fəaliyyət göstərən geniş yanacaqdoldurma məntəqələri şəbəkəsinə malikdir

“Ran Oil” in sahibi kimi tanınan iş adamı Xaçatur Sukiasyan həm də aktiv siyasi fiqurdur. 1961-ci il sentyabrın 15-də İrəvanda anadan olan Sukiasyan 1994-cü ilə qədər dövlət orqanlarında çalışıb, sonradan əsas fəaliyyətini hələ 1987-ci ildə yaradılmış ailə biznesinə həsr edib. O, Ermənistan parlamentinə müxtəlif illərdə üç dəfə müstəqil namizəd kimi, 2021-ci ildə isə hakim “Mülki Müqavilə” Partiyasının üzvü kimi deputat seçilib. Sukiasyan parlamentdə maliyyə, büdcə və iqtisadi məsələlər üzrə komitələrdə çalışıb, sahibkarlıq və bazar münasibətləri ilə bağlı qanun təşəbbüsləri ilə çıxış edib.

Sukiasyan eyni zamanda “SIL Group” holdinqinin təsisçisidir və uzun illər Ermənistanın sənaye, maliyyə və ticarət sektorlarında böyük paya malik biznes strukturlarını birləşdirən fiqur kimi tanınıb. Hazırda onun biznes strukturlarında 8 min insan çalışır. Onun ailəsi ölkənin aparıcı banklarından biri olan “ARMECONOMBANK”da da nəzarət paketinə sahibdir. Ermənistanda Sukiasyan daha çox “Qrzo” ləqəbi ilə tanınır.

Azərbaycan benzininin idxalını həyata keçirən “Mega Trade” şirkəti də iş adamına məxsusdur. Ermənistanda ticarət və enerji məhsullarının idxalı sahəsində fəaliyyət göstərən şirkət Sukiasyanın daha bir biznes strukturu – “Ran Oil” şəbəkəsi ilə birgə fəaliyyət göstərir və yanacaq tədarükü üzrə əsas tərəfdaşlardan biri olduğu qeyd edilir.

Məhz bu şirkət vasitəsilə Bakıdan gətirilən Aİ-95 markalı benzin “Ran Oil” şəbəkəsinə yönəldilir. “Mega Trade”in açıqlamaları göstərir ki, şirkət Azərbaycan yanacağının Ermənistan bazarına daxil olmasını uzunmüddətli alternativ tədarük mexanizmi kimi qiymətləndirir və bu xəttin davamlı olacağını istisna etmir.

“Mega Trade” şirkəti açıqlamasında bildirir ki, Azərbaycan yanacağının idxalı Ermənistan bazarında benzinin qiymətinin aşağı düşməsinə imkan verə bilər. Şirkət vurğulayır ki, bu addım alternativ tədarük marşrutunun işə salınmasına, bazarın şaxələndirilməsinə və rəqabət mühitinin güclənməsinə xidmət edir.

Qeyd edək ki, 2024-cü ildə Ermənistan təxminən 520 min ton benzin və dizel yanacağı idxal edib, əsas tədarükçü isə Rusiya olub. Mütəxəssislərin fikrincə, nəqliyyat xərclərinin daha aşağı olması və keyfiyyət amili Azərbaycan benzininin Ermənistan bazarında rəqabət qabiliyyətini artıra bilər. Ermənistanlı analitiklər bu addımı eyni zamanda ölkənin Rusiyadan enerji asılılığını azaltmaq baxımından mühüm fürsət kimi qiymətləndirirlər.

Əvvəlki yazı

Tramp 48 ölkədəki səfiri geri çağırdı

Növbəti yazı

İstanbulla İrəvan arasında müntəzəm uçuşlara başlanılır

XƏBƏR LENTİ

Sabah hava necə olacaq? 

Sabah hava necə olacaq? 

06/02/2026 13:58
‘’İdrak’’ liseyində güllələnən müəllim kimdir?

‘’İdrak’’ liseyində güllələnən müəllim kimdir?

06/02/2026 13:37
ABŞ-da məktəblərdə silahlı atışmaların sayı - 25 il fərq ilə

ABŞ-da məktəblərdə silahlı atışmaların sayı - 25 il fərq ilə

06/02/2026 13:35
Avropa İttifaqının Türkiyə ilə bağlı yeni qərarı 

Avropa İttifaqının Türkiyə ilə bağlı yeni qərarı 

06/02/2026 13:07
Quş qripi və Nyukasl xəstəliyi ilə bağlı müayinə nəticələri açıqlandı

Quş qripi və Nyukasl xəstəliyi ilə bağlı müayinə nəticələri açıqlandı

06/02/2026 12:40
“Azərbaycan bölgədə yaranmış vəziyyətdən narahatdır”

“Azərbaycan bölgədə yaranmış vəziyyətdən narahatdır”

06/02/2026 12:16
Prezident iranlı naziri qəbul etdi 

Prezident iranlı naziri qəbul etdi 

06/02/2026 12:00
"Əsrin fəlakəti"ndən üç il ötür

"Əsrin fəlakəti"ndən üç il ötür

06/02/2026 11:53
Müəllimin xəsarət alması faktı ilə bağlı cinayət işi başlanıb

Müəllimin xəsarət alması faktı ilə bağlı cinayət işi başlanıb

06/02/2026 11:24
Özünə iynə vurandan sonra öldü

Özünə iynə vurandan sonra öldü

06/02/2026 11:02
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.