Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günüdür.
Prezident İlham Əliyev müasir Azərbaycan dövlətinin inkişaf yolunu müəyyənləşdirən, milli maraqları qətiyyətlə qoruyan və ölkəni mühüm tarixi mərhələlərdən uğurla keçirən siyasi lider kimi tanınır. Onun rəhbərliyi altında Azərbaycan güclü, müstəqil və söz sahibi olan dövlətə çevrilib.
Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ölkədə sabitlik möhkəmlənib, iqtisadi potensial artıb, sosial rifahın yüksəldilməsi istiqamətində ardıcıl addımlar atılıb. Azərbaycan beynəlxalq arenada etibarlı tərəfdaş, regionda isə lider mövqeyini qoruyub saxlayır.
Dövlət başçısının prinsipiallığı, uzaqgörənliyi və Vətənə bağlılığı Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Onun fəaliyyəti ölkənin gələcək inkişafına, milli birlik və həmrəyliyin daha da güclənməsinə xidmət edir.
Doğum günü münasibətilə Prezident İlham Əliyevə dövlət və ictimaiyyət nümayəndələri tərəfindən təbriklər ünvanlanır, ona möhkəm cansağlığı, uzun ömür və Azərbaycan naminə fəaliyyətində yeni uğurlar arzulanır.
Alyans Media










