Bu gün ötən il baş vermiş AZAL-a məxsus sərnişin təyyarə qəzasından bir il ötür. Faciə ölkə ictimaiyyətinin yaddaşında dərin iz buraxıb.
Alyans.media xatırladır ki,25 dekabr 2024-cü ildə Bakı–Qroznı marşrutu üzrə uçan Embraer 190 tipli təyyarə Qazaxıstanın Aktau şəhəri yaxınlığında enişə cəhd zamanı qəzaya uğrayıb. Hadisə nəticəsində 67 nəfərdən 38-i həyatını itirib, 29 nəfər isə sağ qalıb.
Baş verən faciə aviasiya təhlükəsizliyi məsələlərini yenidən gündəmə gətirib. Qəza zamanı həyatını itirənlərin xatirəsi bu gün ehtiramla anılır.










