• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Sosial

DYP-dən sürücülərə - Xəbərdarlıq

28 Dekabr, 25 / 16:25
A A
DYP-dən sürücülərə - Xəbərdarlıq

Dağlıq ərazilərdə mövcud hava şəraiti ilə bağlı Baş DYP İdarəsi sürücülərə müraciət edib.
Alyans.media xəbər verir ki, müraciətdə deyilir:

“Hazırda ölkənin bəzi dağlıq və dağətəyi ərazilərində hava şəraitinin dəyişkənliyi, qar yağması, duman, eləcə də yolların buz bağlaması müşahidə olunur. Mövcud hava və yol şəraiti həmin istiqamətlərdə yol hərəkətinin təhlükəsizliyi baxımından əlavə diqqət və məsuliyyət tələb edir.

Baş Dövlət Yol Polisi İdarəsi həmin ərazilərdə gücləndirilmiş rejimdə xidmət aparır və yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə nəzarət tədbirləri intensivləşdirilib.

Aparılan müşahidələr göstərir ki, qarlı və buzlu yol şəraitində dağlıq ərazilərdə sürücülük təcrübəsi kifayət qədər olmayan şəxslərin iştirakı ilə, xüsusilə mürəkkəb yol şəraitinə hazırlıqsız sürücülər arasında yol-nəqliyyat hadisələrinə daha çox rast gəlinir. Bu isə bir daha onu göstərir ki, dağlıq ərazilərə xas yol və hava şəraitində avtomobil idarə etmək risklərin qabaqcadan düzgün qiymətləndirilməsini, vəziyyətə uyğun qərar verməyi və xüsusi təcrübə tələb edir.

Sürücülərin diqqətinə çatdırılır:

– Dağlıq ərazilərə səfər etməzdən əvvəl hava və yol şəraiti barədə məlumat əldə edin;

– Nəqliyyat vasitəsinin texniki sazlığına xüsusi diqqət yetirin;

Qarlı və buzlu yol sahələrində sürət həddini azaldın;

– Təhlükəsiz ara məsafəsini qoruyun;

– Qəfil manevr və kəskin əyləclərdən çəkinin;

– Mövsümə uyğun təkərlərdən istifadə edin;

– Dumanlı hava şəraitində işıq cihazlarından yol hərəkəti qaydalarına uyğun istifadə edin;

– Mövcud hava və yol şəraitində sürücülük təcrübəsi kifayət qədər olmayan sürücülərə, o cümlədən xanım sürücülərə dağlıq ərazilərdə hərəkət zamanı daha ehtiyatlı olmaları, zərurət olmadıqda isə səfərləri təxirə salmaları tövsiyə olunur.

Unutmayın: Yolda verilən hər bir qərar məsuliyyət tələb edir. Mövcud şəraitə uyğun davranış həm sizin, həm də digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin əsas təminatıdır”.

Əvvəlki yazı

Hava Limanı yolunda sürət həddi endirildi

Növbəti yazı

Milli Qəhrəman Şükür Həmidovun anası vəfat etdi

XƏBƏR LENTİ

189 insanın meyitini evində gizlətdi - ABŞ-də dəhşət

189 insanın meyitini evində gizlətdi - ABŞ-də dəhşət

07/02/2026 12:17
Sülh Şurasının ilk iclasının vaxtı bəlli oldu

Sülh Şurasının ilk iclasının vaxtı bəlli oldu

07/02/2026 11:58
Tərtərdə qanunsuz ət kəsimi ilə məşğul olan dəstə üzvləri saxlanılıb

Tərtərdə qanunsuz ət kəsimi ilə məşğul olan dəstə üzvləri saxlanılıb

07/02/2026 11:27
Məktəb pəncərəsindən yıxılan uşaq özəl xəstəxanaya yerləşdirildi

Yolu keçmək istəyərkən maşın vurub öldürdü

07/02/2026 11:00
İsrail ordusu HAMAS-ın silah anbarını vurdu

İsrail ordusu HAMAS-ın silah anbarını vurdu

06/02/2026 23:58
NASA astronavtlara buna icazə verəcək

NASA astronavtlara buna icazə verəcək

06/02/2026 23:23
Bəzi şəxslər yeni mənzillərlə təmin olunacaqlar

Bəzi şəxslər yeni mənzillərlə təmin olunacaqlar

06/02/2026 22:55
Uzunluğuna görə “Ginnesin Rekordlar Kitabı”na düşdü

Uzunluğuna görə “Ginnesin Rekordlar Kitabı”na düşdü

06/02/2026 22:26
Pakistan İslamabaddakı terror aktı ilə əlaqədar dəstəyə görə Azərbaycana təşəkkür edib

Pakistan İslamabaddakı terror aktı ilə əlaqədar dəstəyə görə Azərbaycana təşəkkür edib

06/02/2026 21:58
Rusiyada avtobusla yük maşını toqquşdu - 5 uşaq ölüb

Masallıda “Mercedes”lər toqquşdu - Ölən var

06/02/2026 21:36
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.