Salyan şəhərində 11 yaşlı məktəblinin ölümünün səbəbi məlum olub.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Qeyd olunub ki, yanvarın 4-də saat 17:30 radələrində 2015-ci il təvəllüdlü Nəcəfov Elcan Səfər oğlu ağır vəziyyətdə Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Dəqiqləşdirilməmiş hiperqlikemiya diaqnozu ilə azyaşlıya zəruri tibbi xidmətlər göstərilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, yanvarın 5-də 04:00 radələrində pasiyentin bioloji ölüm faktı qeydə alınıb. Ölümünə ilkin səbəb kimi hipotoniya qeyd olunub.
Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan rayon şöbəsinə təhvil verilib.










