• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə özəl

İctimai nəqliyyatda gigiyena böhranı – məsuliyyət kimdədir?

14 Yanvar, 26 / 19:15
A A
İctimai nəqliyyatda gigiyena böhranı – məsuliyyət kimdədir?

Son vaxtlar paytaxtda ictimai nəqliyyatla bağlı artan narazılıqlar fonunda məsələ ictimai fəalların da diqqət mərkəzinə düşüb. Yağışlı və soyuq havalarda avtobus salonlarında yaranan buxarlanma, təmizliyə laqeyd yanaşma, eləcə də texniki baxımsızlıq sərnişinlərin narahatlığına səbəb olur. Mövzu ilə bağlı sosioloq,  Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədr müavini  Elçin Bayramlı Alyans Media  – ya   açıqlama verib və aidiyyəti qurumları ciddi tədbirlər görməyə çağırıb.

Onun sözlərinə görə, xüsusilə payız və qış aylarında yağışlı, dumanlı havalarda Bakı şəhərində ictimai nəqliyyat vasitələrinin vəziyyəti həm sərnişinlər üçün narahatlıq yaradır, həm də təhlükə mənbəyinə çevrilir. “Dəfələrlə müşahidə etmişik ki, pəncərələr buxarlanır, gecə vaxtı sərnişinlər harada olduqlarını belə müəyyən edə bilmirlər. Avtobusların salonları çirkli olur, bəzilərində isə kəskin qoxular hiss edilir. Bu hallar gündəlik təmizlik və texniki baxış proseslərinin ya keçirilmədiyini, ya da səthi şəkildə aparıldığını göstərir”, – deyə Elçin Bayramlı bildirib.

O eyni zamanda qeyd edib ki, nəqliyyat şirkətləri daha az işçi heyəti ilə daha çox gəlir əldə etməyə çalışır, nəticədə nəqliyyat vasitələri nə texniki, nə də sanitar normalara uyğun hazırlanır: “Şirkətlərin əsas məqsədi maksimum gəlir əldə etməkdir. Təmizlik və texniki təhlükəsizlik isə arxa plana keçir”.

Bayramlı onu da vurğulayıb  ki, bəzi avtobusların təkərləri təhlükəli dərəcədə yeyilib və bu, qış aylarında qəzalara səbəb ola bilər: “Şəxsən özüm dəfələrlə görmüşəm ki, avtobusların təkərləri artıq sıradan çıxıb. Bu cür vəziyyət yollarda buzlaşma olan zaman sürüşmə və qəzaların baş verməsi ehtimalını artırır”.

Sosioloq aidiyyəti qurumlara çağırış edərək qeyd edib ki, nəzarət gücləndirilməli, daşıyıcı şirkətlər təlimatlara uyğun fəaliyyət göstərməlidirlər: “Şirkətlər ictimai nəqliyyatı kommersiya layihəsi kimi deyil, ictimai xidmət kimi görməlidirlər. Əgər biletlərin qiyməti artırılırsa, göstərilən xidmətin keyfiyyəti də buna uyğun yüksəlməlidir. Əks halda bu, vətəndaşların hüquqlarının pozulmasıdır”.

Elçin Bayramlının fikrincə, ictimai nəqliyyat sosial xarakter daşıyır və burada əsas hədəf sərnişinlərin təhlükəsizliyi, rahatlığı və sağlamlığı olmalıdır.

Əvvəlki yazı

Azərbaycan mədəniyyətinin inkişafı ilə bağlı 6 dövlət proqramı hazırlanacaq

Növbəti yazı

Xalq artisti Tünzalə Ağayeva 25 il öncəyə qayıtdı - VİDEO

XƏBƏR LENTİ

Sabah hava necə olacaq? 

Sabah hava necə olacaq? 

06/02/2026 13:58
‘’İdrak’’ liseyində güllələnən müəllim kimdir?

‘’İdrak’’ liseyində güllələnən müəllim kimdir?

06/02/2026 13:37
ABŞ-da məktəblərdə silahlı atışmaların sayı - 25 il fərq ilə

ABŞ-da məktəblərdə silahlı atışmaların sayı - 25 il fərq ilə

06/02/2026 13:35
Avropa İttifaqının Türkiyə ilə bağlı yeni qərarı 

Avropa İttifaqının Türkiyə ilə bağlı yeni qərarı 

06/02/2026 13:07
Quş qripi və Nyukasl xəstəliyi ilə bağlı müayinə nəticələri açıqlandı

Quş qripi və Nyukasl xəstəliyi ilə bağlı müayinə nəticələri açıqlandı

06/02/2026 12:40
“Azərbaycan bölgədə yaranmış vəziyyətdən narahatdır”

“Azərbaycan bölgədə yaranmış vəziyyətdən narahatdır”

06/02/2026 12:16
Prezident iranlı naziri qəbul etdi 

Prezident iranlı naziri qəbul etdi 

06/02/2026 12:00
"Əsrin fəlakəti"ndən üç il ötür

"Əsrin fəlakəti"ndən üç il ötür

06/02/2026 11:53
Müəllimin xəsarət alması faktı ilə bağlı cinayət işi başlanıb

Müəllimin xəsarət alması faktı ilə bağlı cinayət işi başlanıb

06/02/2026 11:24
Özünə iynə vurandan sonra öldü

Özünə iynə vurandan sonra öldü

06/02/2026 11:02
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.