Paytaxtın Nəsimi rayonunda fəaliyyət göstərən restoranlardan birində baş verən oğurluq hadisəsi ilə bağlı polisə müraciət daxil olub.
Alyans.Media xəbər verir ki, naməlum şəxslər tərəfindən restoranda olan iki ədəd mobil telefonun oğurlandığı bildirilib.
Daxil olan məlumat əsasında Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən operativ-axtarış tədbirləri həyata keçirilib.
Görülən tədbirlər nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıblar.
Araşdırmalar zamanı məlum olub ki, hadisəni əvvəllər məhkum olunmuş 35 yaşlı X.Eyvazov və 39 yaşlı İ.Ələkbərov törədiblər.
Faktla bağlı araşdırmalar davam etdirilir, oğurlanmış əşyaların qaytarılması istiqamətində tədbirlər görülür.










