EduGlobal artıq 15 ildən çoxdur ki, beynəlxalq təhsil sahəsində ardıcıl və uğurlu fəaliyyət göstərən şirkətdir. Uzun illər ərzində formalaşmış peşəkar yanaşma, təcrübəli komanda və sistemli iş prinsipi EduGlobal-ı tələbələr üçün etibarlı təhsil tərəfdaşına çevirib.
Alyans.Media bildirir ki, bu müddət ərzində şirkət dünyanın müxtəlif ölkələrindən 35.000-dən çox tələbənin xarici ali təhsil müəssisələrinə qəbul prosesində fəal iştirak edib və onların təhsil arzularının reallaşmasına töhfə verib.
EduGlobal hazırda Çexiya, Slovakiya, İsveçrə, Malta və Ukraynanın universitetləri və dövlət məktəbləri ilə sıx əməkdaşlıq edir və həmin təhsil müəssisələrinin rəsmi nümayəndəsi statusuna malikdir. Bu əməkdaşlıq tələbələrə rəsmi, qanuni və etibarlı qəbul imkanları yaradır, eyni zamanda təhsil prosesinin şəffaf və düzgün şəkildə qurulmasına zəmanət verir.
Şirkət təhsil prosesində sənədlərin düzgün hazırlanmasına və qaydalara uyğun təqdim olunmasına xüsusi önəm verir. EduGlobal tələbələrə və valideynlərə sənədlərin diqqətlə yoxlanılmasını tövsiyə edir. Xüsusilə Ukrayna ali məktəblərinə qəbul zamanı təqdim edilən arayışların apostil ilə təsdiqlənməsi, daha sonra isə bu sənədlərin “ASAN xidmət” vasitəsilə rəsmi qaydada təsdiqlənməsi vacib prosedur kimi izah olunur. Bu yanaşma tələbələrin gələcəkdə diplom tanınması ilə bağlı hər hansı çətinliklə üzləşməməsinə xidmət edir.
EduGlobal fəaliyyətində şəffaflıq, dürüstlük və məsuliyyət prinsiplərini əsas tutur. Şirkət tələbələri yalnız sənədlərin toplanması mərhələsində deyil, qəbul prosesinin bütün mərhələlərində — universitet seçimi, müraciətlərin göndərilməsi, qəbulun təsdiqi və təhsil prosesinin başlanğıcınadək tam şəkildə müşayiət edir.
Bununla yanaşı, EduGlobal-ın əməkdaşlıq etdiyi ölkələrdə fəaliyyət göstərən kuratorlar tələbələri yerində qarşılayır, onların adaptasiya prosesində, yaşayış, qeydiyyat və digər təşkilati məsələlərin həllində yaxından dəstək göstərirlər. Bu da tələbələrin yeni mühitə daha rahat uyğunlaşmasına və təhsil həyatına inamla başlamasına şərait yaradır.
EduGlobal beynəlxalq təhsil yolunu seçən hər bir tələbə üçün etibarlı, rəsmi və peşəkar xidmət təqdim edən ünvan olaraq fəaliyyətini davam etdirir.
Ətraflı məlumat və müraciət üçün:
📞 050 504 00 01










