Su və meliorasiya sahəsində tikinti işləri ilə məşğul olan “Aztikintiservis” şirkəti dövlət qarşısında borca düşüb.
Alyans.media xəbər verir ki, bu barədə İqtisadiyyat.az kommersiya qurumlarının dövlət reyestrindən məlumat əldə edib.
Məlumata görə, şirkətin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə 52 934.03 manat vergi borcu yığılıb.
Maraqlısı budur ki, vergi borcu olan şirkətin dövlət satınalmalarında iştirakının qanunvericiliyə zidd olmasına baxmayaraq, “Aztikintiservis” bugünlərdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) 350 min manatlıq iki tenderinin qalibi seçilib.
Dövlət satınalmalarının vahid internet portalına əsasən, “Aztikintiservis” son beş ildə ADSEA-nın milyonlarla manat dəyərində tenderlərinin qalibi olub.
Qeyd edək ki, “Aztikintiservis” MMC 2019-cu ildə yaradılıb, nizamnamə kapitalı 100 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi Paşa Papaqçiyev Yusif oğludur. Hüquqi ünvanı Abşeron rayonunun Xırdalan şəhəri, Mehdi Hüseynzadə (Xırdalan qəs.), ev 11 ünvanında yerləşir.










