• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Ceyhun Kərəmovun yoxa çıxardığı milyonlar – Peşə Təhsil Mərkəzləri pulu hara xərcləyib?

17 Yanvar, 26 / 18:20
A A
Ceyhun Kərəmovun yoxa çıxardığı milyonlar – Peşə Təhsil Mərkəzləri pulu hara xərcləyib?

Hesablama Palatasının 2023-cü il üzrə apardığı maliyyə auditi Peşə Təhsili sistemində uzun illərdir səssiz şəkildə yığılan ciddi problemləri üzə çıxarıb.

Rəsmi hesabata əsasən, bir sıra Dövlət Peşə Təhsil Mərkəzlərinin maliyyə sənədlərində milyonlarla manatlıq nizamnamə kapitalı düzgün uçota alınmayıb və bu uyğunsuzluqlar bu günədək aradan qaldırılmayıb.

Söhbət texniki səhvlərdən yox, dövlətə məxsus əmlak və vəsaitlərin maliyyə hesabatlarında yerində olmamasından gedir.

Milyonlarla manat haradadır?

Hesablama Palatasının hesabatına görə, aşağıdakı Peşə Təhsil Mərkəzlərində nizamnamə fondlarının dəyəri maliyyə hesabatlarında “ödənilmiş nizamnamə (nominal) kapitalı” maddəsində əks etdirilməyib:

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi – 10,2 milyon manat
Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi – 14,8 milyon manat
Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi – 13 milyon manat
Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Peşə Təhsil Mərkəzi – 9,2 milyon manat
Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi – 4,9 milyon manat
Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi – 4,5 milyon manat

Ümumilikdə söhbət onlarla milyon manatlıq dövlət əmlakının maliyyə uçotunda düzgün əks olunmamasından gedir.

Mütəxəssislərin fikrincə, nizamnamə kapitalının maliyyə hesabatlarında düzgün göstərilməməsi son dərəcə təhlükəli haldır. Çünki: dövlət əmlakı rəsmi sənədlərdə “görünməz” olur, real nəzarət mexanizmi sıradan çıxır, gələcəkdə həmin əmlakın istifadəsi, icarəsi və ya ötürülməsi zamanı hesabatlılıq problemi yaranır.

Digər maliyyə pozuntuları da aşkarlanıb…

Audit zamanı yalnız nizamnamə kapitalı ilə bağlı deyil, digər maliyyə uyğunsuzluqları da üzə çıxıb. Belə ki: Sənaye və Texnologiya Kollecində ehtiyatların uçotunda 41 min manatlıq fərq müəyyən edilib, Təhsil Sisteminin İnformasiyalaşdırma İdarəsində podratçı öhdəliklərini yerinə yetirmədiyi halda 182 min manat cərimə tətbiq edilməyib.

Bu faktlar Peşə Təhsili sistemində maliyyə intizamının zəif olduğunu bir daha göstərir.

Hesablama Palatası aşkar edilən uyğunsuzluqların aradan qaldırılmasını tələb etsə də, hesabatda qeyd olunur ki, audit qərarlarının icrası hazırda yalnız izlənilir. Yəni pozuntular təsdiqlənib, amma onların tam aradan qaldırılması və məsul şəxslərlə bağlı konkret addımlar hələ görünmür.

Elə isə bu milyonlarla manatlıq uyğunsuzluğa görə kim cavabdehdir və Peşə Təhsili Agentliyi və aidiyyəti qurumlar niyə vaxtında müdaxilə etməyib?

Hesablama Palatasının hesabatı göstərir ki, Peşə Təhsil Mərkəzlərində problem təkcə tədrisin keyfiyyəti ilə bağlı deyil. Milyonlarla manatlıq dövlət vəsaiti və əmlakı üzərində ciddi nəzarət boşluğu mövcuddur. Yoxlamalar davam edir və tam hesabatın yaxın vaxtlarda açıqlanacağı bildirilir. Ancaq artıq indidən aydındır ki, Peşə Təhsili sistemi təkcə islahatlara yox, şəffaflıq və real məsuliyyət mexanizmlərinə ciddi ehtiyac duyur.

Qeyd edək ki, 2023-cü ildə Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov olub. 2025-ci ildə nazir Emin Əmrullayevin əmri ilə vəzifədən azad olunub. Onun vəzifədən uzaqlaşdırılması səbəblərini Emin Əmrullayev hələ də açıqlamır. Bu gün isə ortada olan milyonluq məlumatlara baxdıqda hər şey aydın olur. Elə isə maraqlı bir sual yaranır? – Yoxa çıxan bu qədər dövlət vəsaitini kim qaytaracaq – nazir Emin Əmrullayev, o illərdə vəzifədə olan və naməlum səbəblərdən çıxarılan Ceyhun Kərəmov, yoxsa bu gün hələ də Peşə Təhsili Mərkəzilərinin direktorları olan şəxlər?

Suallar açıq qalır və aydınlıq gətirmək Peşə Təhsili üzrə Dövlət Agentliyinin yeni direktor İlqar Bayramlıya düşür…

Bizimesr.az

Əvvəlki yazı

Biznes qurmaq adı altında 24 min manatlıq dələduzluq edən şəxs saxlanıldı

Növbəti yazı

SON DƏQİQƏ: Zəlzələ oldu

XƏBƏR LENTİ

NASA astronavtlara buna icazə verəcək

NASA astronavtlara buna icazə verəcək

06/02/2026 23:23
Bəzi şəxslər yeni mənzillərlə təmin olunacaqlar

Bəzi şəxslər yeni mənzillərlə təmin olunacaqlar

06/02/2026 22:55
Uzunluğuna görə “Ginnesin Rekordlar Kitabı”na düşdü

Uzunluğuna görə “Ginnesin Rekordlar Kitabı”na düşdü

06/02/2026 22:26
Pakistan İslamabaddakı terror aktı ilə əlaqədar dəstəyə görə Azərbaycana təşəkkür edib

Pakistan İslamabaddakı terror aktı ilə əlaqədar dəstəyə görə Azərbaycana təşəkkür edib

06/02/2026 21:58
Rusiyada avtobusla yük maşını toqquşdu - 5 uşaq ölüb

Masallıda “Mercedes”lər toqquşdu - Ölən var

06/02/2026 21:36
Epşteynin sağ olduğu iddia olunur

Epşteynin sağ olduğu iddia olunur

06/02/2026 21:08
Azərbaycan Rusiyaya nota verdi

Azərbaycan Rusiyaya nota verdi

06/02/2026 20:41
Ekspert: “Bu gün ‘’İdrakda’’ baş verən, sabah istənilən məktəbdə təkrarlana bilər”

Ekspert: “Bu gün ‘’İdrakda’’ baş verən, sabah istənilən məktəbdə təkrarlana bilər”

06/02/2026 20:14
Ermənistanda parlament seçkiləri bu tarixdə keçiriləcək

Ermənistanda parlament seçkiləri bu tarixdə keçiriləcək

06/02/2026 19:52
Prezidentdən bu milli parklarla bağlı - Fərman

Prezidentdən bu milli parklarla bağlı - Fərman

06/02/2026 19:24
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.