• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Dünya

Maskın şirkəti ilkə imza atdı: Al üçün 1 GVt-lıq hədd aşıldı

18 Yanvar, 26 / 17:20
A A
Maskın şirkəti ilkə imza atdı: Al üçün 1 GVt-lıq hədd aşıldı
İlon Mask özünün X sosial şəbəkəsində (əvvəlki Twitter) “Colossus 2” adlı süni intellektin (Al) öyrədilməsi üçün ilk sənaye səviyyəli qiqavatlıq hesablama klasterinin işə salındığını elan edib.
Alyans.mediz xəbər verir ki, bu superkompüter “xAI” şirkətinin “Grok” və digər məhsullarının növbəti versiyalarının təlimi üçün istifadə olunacaq.
Maskın sözlərinə görə, aprelin sonuna qədər “Colossus 2″nin enerji sərfiyyatı 1,5 qiqavata çatacaq ki, bu da San-Fransisko şəhərinin pik enerji yükünü ötür.
Layihənin əsas çətinliyi enerji təminatı olub: Memfis şəhərinin yerli elektrik şəbəkəsi tələb olunan gücü təmin edə bilməyib. Buna cavab olaraq “xAI” qonşu Missisipi ştatında “Duke Energy”yə məxsus istifadəsiz elektrik stansiyasını alıb.
Bundan əlavə, 2025-ci ilin yayına qədər şirkət daxili bazarda güc çatışmazlığı səbəbindən əlavə bir elektrik stansiyasını xaricdən sifariş edib. Hazırda obyekt yeddi 35 MVt-lik qaz turbinləri ilə dəstəklənir, “Tesla Megapack” akkumulyator sistemləri isə enerji pik hədləri tənzimləyir.
“Colossus 2” mövcud “Colossus 1” klasterinin inkişafı olacaq:  “Colossus 1” təxminən 230 min GPU-dan ibarətdir. Yeni data-mərkəzdə GB200 və GB300 nəsil “Nvidia” sürətləndiricilərindən 550 minədək qurmaq planlaşdırılır. 2025-ci ilin dekabrında “xAI” üçüncü MACROHARDRR binasını da satın alıb ki, kompleksin ümumi gücü 2 qiqavatadək artacaq və bu, təxminən 1,5 milyon evin enerji tələbatına bərabərdir.
EPOCH AI analitiklərinin qiymətləndirməsinə görə, “xAI” texnologiya şirkətləri arasında ilk olaraq süni intellektin təlimi üçün 1 qiqavatlıq hesablama gücünə çatıb. Rəqiblər – “OpenAI” Texasda “Stargate” layihəsi və “Amazon”un “Anthropic” ilə İndiana ştatında birgə layihəsi – yalnız 2026-cı ildə oxşar səviyyəyə çatmağı planlaşdırır.
Əvvəlki yazı

Ağsu aşırımında nəqliyyatın hərəkətində çətinliklər yaranıb

Növbəti yazı

“Qarabağ” Ramil Şeydayevi bu kluba icarəyə verəcək? – SON DƏQİQƏ

XƏBƏR LENTİ

NASA astronavtlara buna icazə verəcək

NASA astronavtlara buna icazə verəcək

06/02/2026 23:23
Bəzi şəxslər yeni mənzillərlə təmin olunacaqlar

Bəzi şəxslər yeni mənzillərlə təmin olunacaqlar

06/02/2026 22:55
Uzunluğuna görə “Ginnesin Rekordlar Kitabı”na düşdü

Uzunluğuna görə “Ginnesin Rekordlar Kitabı”na düşdü

06/02/2026 22:26
Pakistan İslamabaddakı terror aktı ilə əlaqədar dəstəyə görə Azərbaycana təşəkkür edib

Pakistan İslamabaddakı terror aktı ilə əlaqədar dəstəyə görə Azərbaycana təşəkkür edib

06/02/2026 21:58
Rusiyada avtobusla yük maşını toqquşdu - 5 uşaq ölüb

Masallıda “Mercedes”lər toqquşdu - Ölən var

06/02/2026 21:36
Epşteynin sağ olduğu iddia olunur

Epşteynin sağ olduğu iddia olunur

06/02/2026 21:08
Azərbaycan Rusiyaya nota verdi

Azərbaycan Rusiyaya nota verdi

06/02/2026 20:41
Ekspert: “Bu gün ‘’İdrakda’’ baş verən, sabah istənilən məktəbdə təkrarlana bilər”

Ekspert: “Bu gün ‘’İdrakda’’ baş verən, sabah istənilən məktəbdə təkrarlana bilər”

06/02/2026 20:14
Ermənistanda parlament seçkiləri bu tarixdə keçiriləcək

Ermənistanda parlament seçkiləri bu tarixdə keçiriləcək

06/02/2026 19:52
Prezidentdən bu milli parklarla bağlı - Fərman

Prezidentdən bu milli parklarla bağlı - Fərman

06/02/2026 19:24
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.