• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə özəl

Politoloq Turan Rzayev: Azərbaycanın Qəzza üzrə Sülh Şurasına qoşulması strateji və balanslı qərardır

21 Yanvar, 26 / 15:15
A A
Politoloq Turan Rzayev: Azərbaycanın Qəzza üzrə Sülh Şurasına qoşulması strateji və balanslı qərardır

Yaxın Şərqdə davam edən humanitar böhran və Qəzzanın gələcək taleyi ilə bağlı beynəlxalq müzakirələrin intensivləşdiyi bir dövrdə Azərbaycanın bu proseslərdə fəal mövqe sərgiləməsi diqqət çəkir. ABŞ Prezidenti Donald Trampın Qəzzanın yenidən bərpası və idarə olunması məqsədilə yaratdığı Sülh Şurasına Azərbaycanın təsisçi üzv kimi qoşulması rəsmi Bakının regional və qlobal proseslərə yanaşmasının növbəti nümunəsi kimi qiymətləndirilir.

Məsələ ilə bağlı Alyans.media olaraq  politoloq Turan Rzayevin bu mövzuya bağlı fikirlərini öyrəndik.  Politoloq azərbaycanın bu qərarının arxasında dayanan siyasi və diplomatik motivləri  bizim üçün şərh etdi.

 


“Bakı bu təşəbbüsü hərbi və ya blok xarakterli qurum kimi deyil, məhz Qəzzanın yenidən bərpasına və idarə olunmasına yönəlmiş mexanizm kimi dəyərləndirərək qəbul edib. Onun fikrincə, Azərbaycan üçün əsas məqam prosesin mahiyyətidir”.

Turan Rzayev xatırladır ki, “Rəsmi Bakı daha əvvəl BMT Təhlükəsizlik Şurasında Qəzzada Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin yerləşdirilməsi ilə bağlı ABŞ-ın təqdim etdiyi qətnaməni dəstəkləsə də, bölgəyə hərbi kontingent göndərməkdən imtina edib. Eyni zaman da Azərbaycan son illər beynəlxalq müstəvidə post-münaqişə təcrübəsinə malik, neytral və konstruktiv aktor kimi qəbul olunur. Ümumən belə platformalarda iştirak həm ölkənin beynəlxalq nüfuzunu gücləndirir, həm də Qarabağda əldə edilən bərpa və yenidənqurma təcrübəsinin paylaşılması baxımından mühüm imkanlar yaradır”.

Turan Rzayevin fikrincə, “Bu addımın digər mühüm tərəfi Azərbaycanın Vaşinqtonla münasibətlərə verdiyi xüsusi əhəmiyyətlə bağlıdır. Trampın şəxsi təşəbbüslərinə yaxın mövqedə olmaq Bakıya ABŞ siyasi dairələrində əlavə manevr imkanları qazandıra bilər. Bu səbəbdən Azərbaycan təklifi həm diplomatik balansı qorumaq, həm də beynəlxalq proseslərdən kənarda qalmamaq məqsədilə qəbul edib”.

Politoloq onu da əlavə edir ki, “Qəzza məsələsi Azərbaycanın xarici siyasətində prioritet istiqamət olmasa da, diqqətlə izlənilən mövzulardandır. Bu proses həm İslam dünyası, həm də xüsusilə Türkiyə kontekstində Bakı üçün əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bəzi iddiaların əksinə olaraq, Azərbaycan Fələstin–Qəzza məsələsinə biganə deyil və müttəfiqi Türkiyənin həssas yanaşdığı mövzulara müttəfiqlik ruhunda münasibət sərgiləyir”.

Əvvəlki yazı

Tarkanla Cem Yılmaz eyni səhnədə

Növbəti yazı

İşləyən pensiyaçılarla bağlı TƏKLİF

XƏBƏR LENTİ

Uzunluğuna görə “Ginnesin Rekordlar Kitabı”na düşdü

Uzunluğuna görə “Ginnesin Rekordlar Kitabı”na düşdü

06/02/2026 22:26
Pakistan İslamabaddakı terror aktı ilə əlaqədar dəstəyə görə Azərbaycana təşəkkür edib

Pakistan İslamabaddakı terror aktı ilə əlaqədar dəstəyə görə Azərbaycana təşəkkür edib

06/02/2026 21:58
Rusiyada avtobusla yük maşını toqquşdu - 5 uşaq ölüb

Masallıda “Mercedes”lər toqquşdu - Ölən var

06/02/2026 21:36
Epşteynin sağ olduğu iddia olunur

Epşteynin sağ olduğu iddia olunur

06/02/2026 21:08
Azərbaycan Rusiyaya nota verdi

Azərbaycan Rusiyaya nota verdi

06/02/2026 20:41
Ekspert: “Bu gün ‘’İdrakda’’ baş verən, sabah istənilən məktəbdə təkrarlana bilər”

Ekspert: “Bu gün ‘’İdrakda’’ baş verən, sabah istənilən məktəbdə təkrarlana bilər”

06/02/2026 20:14
Ermənistanda parlament seçkiləri bu tarixdə keçiriləcək

Ermənistanda parlament seçkiləri bu tarixdə keçiriləcək

06/02/2026 19:52
Prezidentdən bu milli parklarla bağlı - Fərman

Prezidentdən bu milli parklarla bağlı - Fərman

06/02/2026 19:24
AB-dən Elon Maska sərt CAVAB

AB-dən Elon Maska sərt CAVAB

06/02/2026 18:57
Yanan sobanın üstünə düşən 84 yaşlı kişi öldü

Yanan sobanın üstünə düşən 84 yaşlı kişi öldü

06/02/2026 18:36
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.