• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə özəl

Ramil Süleymanov - İcra məmurlarının işə etinasız yanaşması  məsuliyyətsizlik hesab olunur

21 Yanvar, 26 / 19:56
A A
Ramil Süleymanov - İcra məmurlarının işə etinasız yanaşması  məsuliyyətsizlik hesab olunur

Məhkəmə qərarları yalnız kağız üzərində qalmamalıdır – onlar dövlətin adından çıxarıldığı üçün məcburi xarakter daşıyır və icrası ciddi nəzarət altındadır. Vətəndaşların hüquqlarının qorunması və dövlətin ədalətini təmin etmək məqsədilə icra məmurlarının fəaliyyəti böyük önəm kəsb edir.

Bəs görəsən, bu qədər məsuliyyətli işi görən icra məmurları niyə bəzən məsuliyyətsizlik edirlər? Qanun onlar üçün qanun deyilmi?

Elə bu suallara açıqlıq gətirmək üçün Alyans.media olaraq hüquqşünas Ramil Süleymanova  müraciət etdik. O da öz növbəsində bildirdi ki..

“Azərbaycan Respublikasında məhkəmə qərarlarının icrası dövlətin adından həyata keçirilir və buna görə də vətəndaşlar tərəfindən məcburi şəkildə yerinə yetirilməlidir. Bu prosesə birbaşa nəzarət edən icra məmurları, həmçinin məsuliyyət daşıyırlar. İcra məmurları, icraatına verilmiş işlərlə bağlı öhdəliklərini yerinə yetirməyən vətəndaşlara qarşı Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq müvafiq məhdudiyyət tədbirləri tətbiq etmək və qərarların icrası üçün zəruri addımlar atmaqla məsuldurlar. İcra məmurlarının işlərə etinasız yanaşması və ya dövlət adından çıxarılmış məhkəmə qərarlarını icra etməməsi onların məsuliyyətsizliyi hesab olunur. Vətəndaşlar, hüquqlarının pozulduğunu düşünürlərsə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə şikayət ərizəsi ilə müraciət edə bilərlər. Bu zaman ərazi üzrə kurator nəzarətçi və İcra Baş İdarəsinin rəhbərliyi tərəfindən icra məmurunun hərəkətləri qiymətləndirilir. Pozuntular aşkar edilərsə, müvafiq sənədləşdirmə aparılaraq icra məmuru məsuliyyətə cəlb oluna bilər. Eyni zamanda, ölkədə icra məmurlarının iş yükü həddən artıq yüksəkdir və bəzi icra şöbələrində işçilərin sayı iş yükünə uyğun deyil. Bu baxımdan, Ədliyyə Nazirliyi tərəfindən əmək haqqı, bonus və stimullaşdırıcı siyasət tətbiq edilməklə hüquqşünasların sahəyə cəlb olunması mümkün olacaq.
Qeyd edək ki, 2025-ci ildə qüvvəyə minmiş “Xüsusi İcra Məmurları” haqqında qanun, məhkəmə qərarlarının icrasını təşviq edəcək və icra məmurlarının fəaliyyətini daha da effektivləşdirəcəkdir”.

Əvvəlki yazı

Suriyanın keçmiş vitse-prezidenti Rifat əl-Əsəd öldü

Növbəti yazı

Türkiyədə 4,5 maqnitudalı zəlzələ olub

XƏBƏR LENTİ

İsrail ordusu HAMAS-ın silah anbarını vurdu

İsrail ordusu HAMAS-ın silah anbarını vurdu

06/02/2026 23:58
NASA astronavtlara buna icazə verəcək

NASA astronavtlara buna icazə verəcək

06/02/2026 23:23
Bəzi şəxslər yeni mənzillərlə təmin olunacaqlar

Bəzi şəxslər yeni mənzillərlə təmin olunacaqlar

06/02/2026 22:55
Uzunluğuna görə “Ginnesin Rekordlar Kitabı”na düşdü

Uzunluğuna görə “Ginnesin Rekordlar Kitabı”na düşdü

06/02/2026 22:26
Pakistan İslamabaddakı terror aktı ilə əlaqədar dəstəyə görə Azərbaycana təşəkkür edib

Pakistan İslamabaddakı terror aktı ilə əlaqədar dəstəyə görə Azərbaycana təşəkkür edib

06/02/2026 21:58
Rusiyada avtobusla yük maşını toqquşdu - 5 uşaq ölüb

Masallıda “Mercedes”lər toqquşdu - Ölən var

06/02/2026 21:36
Epşteynin sağ olduğu iddia olunur

Epşteynin sağ olduğu iddia olunur

06/02/2026 21:08
Azərbaycan Rusiyaya nota verdi

Azərbaycan Rusiyaya nota verdi

06/02/2026 20:41
Ekspert: “Bu gün ‘’İdrakda’’ baş verən, sabah istənilən məktəbdə təkrarlana bilər”

Ekspert: “Bu gün ‘’İdrakda’’ baş verən, sabah istənilən məktəbdə təkrarlana bilər”

06/02/2026 20:14
Ermənistanda parlament seçkiləri bu tarixdə keçiriləcək

Ermənistanda parlament seçkiləri bu tarixdə keçiriləcək

06/02/2026 19:52
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.