• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə özəl

Elvin Abbasov: “Rəqəmsal dövlət maliyyəsi sistemi dövlət vəsaitlərinə tam nəzarət və maksimum təhlükəsizlik yaradacaq”

24 Yanvar, 26 / 20:43
A A
Elvin Abbasov: “Rəqəmsal dövlət maliyyəsi sistemi dövlət vəsaitlərinə tam nəzarət və maksimum təhlükəsizlik yaradacaq”

Dövlət maliyyə idarəçiliyində illərdir müzakirə olunan şəffaflıq, operativlik və təhlükəsizlik problemlərinin həlli üçün yeni mərhələ başlayır. Rəqəmsallaşmanın dərinləşdirilməsi fonunda tətbiq edilən “Rəqəmsal dövlət maliyyəsi” sistemi dövlət vəsaitlərinin idarə olunmasında köklü institusional dəyişikliklər vəd edir.

Bu barədə Alyans.media – ya  açıqlama verən  İKT üzrə ekspert Elvin Abbasov qeyd edib ki, yeni sistem maliyyə axınlarına real vaxt rejimində nəzarəti təmin etməklə yanaşı, kiber-təhlükəsizlik baxımından da ən müasir beynəlxalq standartlara əsaslanır.

İKT üzrə ekspert Elvin Abbasovun sözlərinə görə, yeni “Rəqəmsal dövlət maliyyəsi” sistemi mövcud elektron hesab sistemləri ilə vahid milli inteqrasiya platforması və “Data Bus” (Məlumat şini) texnologiyası üzərindən mərkəzləşdirilmiş şəkildə birləşdiriləcək. Bu yanaşma xəzinədarlıq, büdcə planlaması və satınalma modulları arasında məlumat mübadiləsini real vaxt rejimində təmin edərək dövlət vəsaitlərinin hərəkətinin anlıq izlənməsinə imkan verəcək.

Açıqlamada qeyd olunub ki, xarici mühasibat proqramlarının sistemə inteqrasiyası OAuth 2.0 və mTLS kimi yüksək təhlükəsizlik protokollarına əsaslanan RESTful API şlüzləri vasitəsilə həyata keçiriləcək. Bu isə məlumatların vahid UBL formatında, kənar müdaxilələrdən qorunaraq avtomatik və təhlükəsiz ötürülməsini təmin edəcək.

Elvin Abbasov xüsusilə sistemin kiber-dayanıqlılığı məsələsinə diqqət çəkərək vurğulayıb ki, istismardan öncə və istismar dövründə peşəkar sızma testlərinin (penetration testing) aparılması və davamlı monitorinq mexanizmlərinin qurulması əsas strateji prioritetlər sırasındadır.
Onun sözlərinə görə, bu çərçivədə süni intellekt əsaslı SIEM və SOAR sistemləri tətbiq olunacaq və şəbəkədəki bütün əməliyyatlar, eləcə də giriş cəhdləri 24/7 rejimində anomal davranışlara qarşı nəzarətdə saxlanılacaq. Nəticədə həm daxili istifadəçi riskləri, həm də xarici kiberhücumlar anlıq aşkarlanaraq bloklanacaq.

Açıqlamanın sonunda Elvin Abbasov qeyd edib ki, yeni “Rəqəmsal dövlət maliyyəsi” sistemi dövlət maliyyə məlumatlarının bütövlüyünün, konfidensiallığının və təhlükəsizliyinin qorunmasını ən yüksək səviyyədə təmin etməklə yanaşı, maliyyə idarəçiliyində şəffaflıq və hesabatlılığı əhəmiyyətli dərəcədə gücləndirəcək.

Əvvəlki yazı

ANS-in daha bir aparıcısı Mədət Quliyevə "eşq elan etdi"

Növbəti yazı

Sərdar Ortaç səhnədə yıxıldı - Video

XƏBƏR LENTİ

“Azərbaycan bölgədə yaranmış vəziyyətdən narahatdır”

“Azərbaycan bölgədə yaranmış vəziyyətdən narahatdır”

06/02/2026 12:16
Prezident iranlı naziri qəbul etdi 

Prezident iranlı naziri qəbul etdi 

06/02/2026 12:00
"Əsrin fəlakəti"ndən üç il ötür

"Əsrin fəlakəti"ndən üç il ötür

06/02/2026 11:53
Müəllimin xəsarət alması faktı ilə bağlı cinayət işi başlanıb

Müəllimin xəsarət alması faktı ilə bağlı cinayət işi başlanıb

06/02/2026 11:24
Özünə iynə vurandan sonra öldü

Özünə iynə vurandan sonra öldü

06/02/2026 11:02
Abbas Əraqçi ABŞ-la danışıqlar üçün Omana yola düşüb

Abbas Əraqçi ABŞ-la danışıqlar üçün Omana yola düşüb

05/02/2026 23:58
Əbu-Dabidəki Rusiya-Ukrayna danışıqlarına münasibət bildirdi

Əbu-Dabidəki Rusiya-Ukrayna danışıqlarına münasibət bildirdi

05/02/2026 23:26
Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ

Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ

05/02/2026 22:57
Leyla Əliyeva yeni fotolar paylaşdı

Leyla Əliyeva yeni fotolar paylaşdı

05/02/2026 22:20
‘’Azərbaycanlıların’’ ‘’Azəri’’ sözündən xoşu gəlmir - Doğuş

‘’Azərbaycanlıların’’ ‘’Azəri’’ sözündən xoşu gəlmir - Doğuş

05/02/2026 21:53
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.