• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Bahar Muradova: Qüvvədə olan "Uşaq hüquqları haqqında" qanun müasir tələblərlə uzlaşmır

28 Yanvar, 26 / 12:13
A A
Bahar Muradova: Qüvvədə olan "Uşaq hüquqları haqqında" qanun müasir tələblərlə uzlaşmır

Qüvvədə olan “Uşaq hüquqları haqqında” qanun müasir tələblərlə uzlaşmır.

Alyans.media  xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında “Uşaq hüquqları haqqında” yeni qanun layihəsinin müzakirəsində deyib.

O qeyd edib ki, bu səbəbdən, müvafiq standartlara və müasir sosial reallıqlara uyğun olan, güclü preventiv və qoruyucu mexanizmləri nəzərdə tutan yeni qanuna ehtiyac var:

“Qanun layihəsi 8 fəsil, 63 maddədən ibarət olmaqla dövlət uşaq siyasətinin 6 məqsədini, dövlətin 9 əsas vəzifəsini, uşaqların mənafelərinin üstünlüyünü təmin edən 11 əsas mexanizmi və 33 uşaq hüquq və azadlığının dövlət təminatını əhatə edir”.

B.Muradova əlavə edib ki, qanun layihəsində ilk dəfə olaraq uşaqlara qarşı cismani cəza anlayışı ayrıca təsbit edilir və bu cür halların yolverilməzliyi açıq şəkildə ortaya qoyulur:

“Qanun layihəsi uşaq hüquqlarının qorunmasında yeni risk sahələrini də nəzərə alır. İnformasiya-kommunikasiya texnologiyalarının geniş yayılması fonunda internet və informasiya-telekommunikasiya şəbəkələri vasitəsilə törədilən təhlükəli əməllər uşaqlara qarşı zorakılıq forması kimi tanınır”.

Komitə sədri layihədə yeni məsuliyyət mexanizmlərinin də müəyyən edildiyini diqqətə çatdırıb:

“Uşaqlara qarşı zorakılıq əlamətlərini aşkar etdiyi halda bu barədə məlumat verməyən valideynlər, eləcə də uşaqlara nəzarəti həyata keçirən müəssisələrin işçiləri məsuliyyət daşıyacaqlar. Bundan başqa, uşaqlara, o cümlədən uşaqların bir-birinə qarşı davamlı təzyiq və aqressiv davranışı – yəni bulinq halları – zorakılıq forması kimi müəyyən edilir və müvafiq müəssisələrə bu halların qarşısının alınması üzrə konkret öhdəliklər qoyulur”.

Onun sözlərinə görə, mühüm yeniliklərdən biri də uşaqların çətin həyat şəraitinə düşməsinin qarşısının alınması üzrə profilaktik tədbirlərin qanunvericilik tələbi kimi müəyyən edilməsidir:

“Bu istiqamətdə dövlət orqanları ilə yanaşı bələdiyyələr və qeyri-hökumət təşkilatlarının da üzərinə müvafiq öhdəliklər qoyulur. Çətin həyat şəraitində olan uşaqların aşkarlanması və sosial müdafiəsi üçün xüsusi mexanizmlər nəzərdə tutulur. Qanun layihəsi uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarətinin institusional əsaslarını gücləndirir.

Bu sahədə müvafiq icra hakimiyyəti orqanları ilə yanaşı, prokurorluğun da prosessual nəzarət subyekti kimi müəyyən edilməsi təklif olunur”.

Əvvəlki yazı

Azərbaycanda çətin həyat şəraitindəki uşaqları aşkarlayacaq qurum müəyyənləşir

Növbəti yazı

Məktəblərlə bağlı mühüm dəyişiklik- QADAĞAN EDİLƏCƏK

XƏBƏR LENTİ

Xətai rayonunda 11 min manat dəyərində 6 ədəd mühərrik oğurlanıb

Xətai rayonunda 11 min manat dəyərində 6 ədəd mühərrik oğurlanıb

22/04/2026 13:09
Pentaqon suborbital hipersəs aparatının məxfi sınağını həyata keçirib

Pentaqon suborbital hipersəs aparatının məxfi sınağını həyata keçirib

22/04/2026 13:05
Alena Əliyeva Beynəlxalq Rəqs Gününə həsr olunmuş konsertdə - Fotolar

Alena Əliyeva Beynəlxalq Rəqs Gününə həsr olunmuş konsertdə - Fotolar

22/04/2026 12:54
Bu şəxslər təkrar mənzil tələb edə bilməz - Ali Məhkəmədən vacib qərar

Bu şəxslər təkrar mənzil tələb edə bilməz - Ali Məhkəmədən vacib qərar

22/04/2026 12:30
Sabah 55 mindən çox şagird buraxılış imtahanı verəcək - qaydalar və saat açıqlandı

Sabah 55 mindən çox şagird buraxılış imtahanı verəcək - qaydalar və saat açıqlandı

22/04/2026 12:29
Allahverdi Bağırovun doğum günüdür

Allahverdi Bağırovun doğum günüdür

22/04/2026 12:03
Prezident həmkarını qarşıladı - Fotolar

Prezident həmkarını qarşıladı - Fotolar

22/04/2026 11:37
Doğumun ən az və çox olduğu bölgələr - SİYAHI

Doğumun ən az və çox olduğu bölgələr - SİYAHI

22/04/2026 11:12
Keçid balları ilə bağlı abituriyentlərə şad xəbər

Keçid balları ilə bağlı abituriyentlərə şad xəbər

22/04/2026 10:47
Qubada maşın ağaca çırpıldı - Ölən və xəsarət alanlar var

Qubada maşın ağaca çırpıldı - Ölən və xəsarət alanlar var

22/04/2026 10:21
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.