• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə özəl

Ceyhun Sultanov: “Qarabağın Liverpula böyük hesabla uduzması normaldır”

29 Yanvar, 26 / 9:48
A A
Ceyhun Sultanov: “Qarabağın Liverpula böyük hesabla uduzması normaldır”

“Qarabağ”ın UEFA Çempionlar Liqasında İngiltərənin nəhəng klubu “Liverpul”a qarşı keçirdiyi oyun ətrafında yaranan müzakirələrə keçmiş futbol funksioneri Ceyhun Sultanov da münasibət bildirib. O,  Alyans.media – ya verdiyi açıqlamasında  nəticənin ağır olmasına baxmayaraq, bu məğlubiyyətin sensasiya kimi təqdim edilməsini yanlış saydığını və “Qarabağ”ın Avropa arenasında qazandığı statusun gözardı edilməməli olduğunu vurğulayıb.

Ceyhun Sultanov bildirib ki, qarşılaşmadan öncə gözləntilər real olmalı idi:
“Oyunla bağlı gözləntilər normal idi. Qarabağ Liverpula qarşı oynayırdı. Düzdür, bundan əvvəlki oyunlarda rəqibləri məyus edə bilmişdik. Amma ‘Enfild’de Liverpulu məğlub etmək, ya da heç-heçə oynamaq çox çətin görünürdü. Böyük hesablı məğlubiyyəti də normal qarşılayıram. Çünki İngiltərənin, hətta Avropanın ən güclü klublarından birinə qarşı oynamaq asan deyil”.

Sultanov qeyd edib ki, oyuna yalnız hesab prizmasından baxmaq düzgün olmaz:
“Hamıya asan gəlir demək ki, Qarabağ zəif rəqiblərdən xal aldı, Liverpula isə 6:0 uduzdu. Bu, yanlış yanaşmadır. Mənə görə bu tam normaldır. Əsas bundan sonrakı rəqibimizin kim olacağıdır. Qarabağ bura qədər gəlibsə, deməli, buna layiqdir. İstərdim ki, 1/16 final mərhələsində Qarabağa çox güclü komanda düşməsin. Çünki top klublarla, üstəlik səfərdə oynayanda belə nəticələr qaçılmaz olur.”

Sonda Ceyhun Sultanov komandaya dəstəyini ifadə edib:
“Nə deyə bilərəm? Qarabağa yalnız uğurlar arzulayıram.”

 

Ülkər Rəhmanqızı

Əvvəlki yazı

Bakının bir sıra yollarında tıxac yaranıb

Növbəti yazı

İspaniyada Azərbaycanın qastroturizm imkanları tanıdılıb

XƏBƏR LENTİ

Prezidentdən bu milli parklarla bağlı - Fərman

Prezidentdən bu milli parklarla bağlı - Fərman

06/02/2026 19:24
AB-dən Elon Maska sərt CAVAB

AB-dən Elon Maska sərt CAVAB

06/02/2026 18:57
Yanan sobanın üstünə düşən 84 yaşlı kişi öldü

Yanan sobanın üstünə düşən 84 yaşlı kişi öldü

06/02/2026 18:36
Bu marşrutların hərəkət sxemi dəyişdirilir

Bu marşrutların hərəkət sxemi dəyişdirilir

06/02/2026 18:08
Baş nazirdən benzinlə bağlı Qərar - 30 gün sonra qüvvəyə minir

Baş nazirdən benzinlə bağlı Qərar - 30 gün sonra qüvvəyə minir

06/02/2026 17:36
"İdrak" liseyində bu məşhurların övladları da təhsil alırmış

Şagird, atası və liseyin mühafizəçisi həbs oluna bilər - AÇIQLAMA

06/02/2026 17:08
Həmin şagird liseyə belə daxil olubmuş – İLKİN GÖRÜNTÜLƏR

Həmin şagird liseyə belə daxil olubmuş – İLKİN GÖRÜNTÜLƏR

06/02/2026 17:03
Küləklə bağlı sarı xəbərdarlıq verilib 

Küləklə bağlı sarı xəbərdarlıq verilib 

06/02/2026 16:55
Azərbaycan XİN Pakistana başsağlığı verib 

Azərbaycan XİN Pakistana başsağlığı verib 

06/02/2026 16:30
Aliment ödəməkdən yayınanların nəzərinə!

Aliment ödəməkdən yayınanların nəzərinə!

06/02/2026 16:02
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.