• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Baş Prokurorluq əhaliyə çağırış etdi

30 Yanvar, 26 / 18:34
A A
Baş Prokurorluq əhaliyə çağırış etdi

Baş Prokurorluq təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi əməl olunmasının vacibliyi ilə bağlı əhaliyə çağırış edib.

Alyans.media xəbər verir ki, müraciətdə təbii qazın məişətdə rahatlığı təmin etsə də, ondan düzgün istifadə edilmədikdə partlayış, yanğın və zəhərlənmə halları ilə nəticələnə bildiyi vurğulanıb.

Bildirilib ki, bu cür hadisələrin qarşısının alınması hər bir vətəndaşın məsuliyyətidir:

– Mənzilə daxil olarkən qaz sızmasının olub-olmadığı dəqiqləşdirilmədən açıq oddan və elektrik şəbəkəsindən istifadə etməyin. Qaz sızması zamanı işığı yandırmaq və ya söndürmək qığılcım yarada bilər və təhlükəlidir. Qaz cihazlarından istifadə etməzdən əvvəl otağın havasını mütləq dəyişin, yalnız qaz iyi olmadığına əmin olduqdan sonra cihazları işə salın. Qaz cihazlarını yandırarkən əvvəl kibriti və ya alışqanı yandırın, daha sonra qaz kranını açın;

– Qaz cihazlarını nəzarətsiz qoymayın. Azyaşlıların, sağlamlıq imkanları məhdud şəxslərin, habelə istifadə qaydalarını bilməyən şəxslərin bu cihazlardan istifadəsinə yol verməyin;

– Qaz iyi hiss etdikdə dərhal bütün qaz kranlarını bağlayın, elektrik cihazlarını şəbəkəyə qoşmayın və işlək vəziyyətdə olanları ayırmayın, işığı yandırıb-söndürməyin. Mənzilin havasını dəyişdirin və 104 nömrəli qaz qəza dispetçer xidmətinə müraciət edin;

– Uzun müddətə evi və ya mənzili tərk etdikdə, eləcə də gecə yatmazdan əvvəl qaz cihazları üzərindəki və nəzarətçi kranları bağlayın;

– Yanğın baş verdikdə dərhal mənzilə və ya evə gedən qaz xətti üzərindəki giriş kranını (ventili) bağlayın, 101 və ya 112 nömrələri ilə FHN-in Yanğından Mühafizə Xidmətinə, 104 nömrəsi ilə isə qaz qəza dispetçer xidmətinə məlumat verin;

– Mənzildə mövcud olan tüstü bacalarının ildə ən azı bir dəfə, xüsusilə qış mövsümündən əvvəl təmizlənməsini təmin edin.

Qaz cihazlarından istifadə zamanı qadağandır:

– Qaz cihazları üzərində paltar və digər tez alışan əşyaların qurudulması;

– Qaz cihazlarının yerləşdiyi otaqlarda tez alışan maddələrin və materialların (o cümlədən kimyəvi tərkibli təmizləyici vasitələrin) saxlanılması.

“Unutmayın ki, bir anlıq diqqətsizlik partlayışa və ya yanğına səbəb ola bilər. Təbii qazdan istifadə qaydalarına riayət etməklə siz özünüzün və ətrafınızdakıların həyatını yarana biləcək təhlükələrdən qorumuş olursunuz”, – çağırışda qeyd olunub.

Əvvəlki yazı

Küləkli hava ilə bağlı XƏBƏRDARLIQ

Növbəti yazı

“Qarabağ”ın rəqibi “Nyukasl” oldu

XƏBƏR LENTİ

Bazarlarda məhsullar UCUZLAŞDI -VİDEO

Bazarlarda məhsullar UCUZLAŞDI -VİDEO

21/04/2026 23:42
Bakı metrosunda daha bir insident: Ölən şəxsin kimliyi bilindi

Bakı metrosunda daha bir insident: Ölən şəxsin kimliyi bilindi

21/04/2026 23:15
Qurbanov Elvini buna görə komandadan qovub - Qızlarla partilər…

Qurbanov Elvini buna görə komandadan qovub - Qızlarla partilər…

21/04/2026 22:49
Gənclər və İdman Nazirliyində nöqsanlar

Gənclər və İdman Nazirliyində nöqsanlar

21/04/2026 22:41
İrandan ABŞ-yə növbəti imtina - “Blokada qalxmasa, danışıq olmayacaq”

İrandan ABŞ-yə növbəti imtina - “Blokada qalxmasa, danışıq olmayacaq”

21/04/2026 22:24
“Hizbullah” Livanda atəşkəsi pozub”

“Hizbullah” Livanda atəşkəsi pozub”

21/04/2026 22:05
‘’Zirə” Azərbaycan kubokunun finalında

‘’Zirə” Azərbaycan kubokunun finalında

21/04/2026 21:54
“Şagird spirti termosda gətirib” - Həmin məktəbin direktoru+Video

“Şagird spirti termosda gətirib” - Həmin məktəbin direktoru+Video

21/04/2026 21:30
Latviya Prezidenti Azərbaycana gəldi

Latviya Prezidenti Azərbaycana gəldi

21/04/2026 21:03
Bakı metrosunda günün ikinci hadisəsi - Sərnişin həlak oldu

Bakı metrosunda günün ikinci hadisəsi - Sərnişin həlak oldu

21/04/2026 21:00
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.