Rusiya ordusu Dnepropetrovsk bölgəsində enerji işçilərinə qarşı hədəflənmiş hava hücumu həyata keçirib.
Bu barədə “Unian” məlumat yayıb.
Məlumata görə, Rusiya dronları Dnepropetrovsk bölgəsinin Pavloqrad rayonundakı Ternovska mədəni yaxınlığında enerji şirkətinə məxsus xidməti avtobusa zərbə endirib.
Hücum nəticəsində 15 mədən işçisi həlak olub, daha 7 nəfər yaralanıb.
/APA










