• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə özəl

Sosial şəbəkə asılılığının təhlükəli əlamətləri - PSİXOLOQ AÇIQLADI

02 Fevral, 26 / 17:16
A A
Sosial şəbəkə asılılığının təhlükəli əlamətləri - PSİXOLOQ AÇIQLADI

Son illər sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsinə çevrilsə də, bu platformalardan nəzarətsiz və həddindən artıq istifadə ciddi psixoloji problemlərə yol aça bilər. Mütəxəssislər bildirir ki, yerli-yersiz telefona sarılmaq, real ünsiyyətdən uzaqlaşmaq və sosial şəbəkələrsiz qala bilməmək artıq asılılıq əlamətləridir. Bəs sosial şəbəkə asılılığı psixi xəstəlik sayılırmı? Onun əsas psixoloji göstəriciləri hansılardır və gün ərzində neçə saat sosial şəbəkədə olmaq riskli hesab olunur?

Mövzu ilə bağlı psixoloq Fəridə Musəvi Alyans.media-ya açıqlama verib. O bildirib ki, sosial şəbəkələrdən həddindən artıq istifadə, zərurət olmadan, boş vaxt tapa bilməyib avtomatik şəkildə telefona sarılmaq və sadəcə sosial şəbəkələrdə gəzinmək psixoloji asılılığın əsas göstəricilərindən sayılır: ‘’Normalda hər bir fərd özü üçün konkret zaman çərçivəsi müəyyən etməlidir: hansı saatlarda işlərini həll etmək və ya asudə vaxtını dəyərləndirmək üçün sosial şəbəkələrdən istifadə edəcəyini bilməlidir. Lakin yerli-yersiz istifadə, heç bir ehtiyac olmadan sadəcə sosial şəbəkələrdə vaxt keçirmək artıq asılılığın formalaşdığını göstərir. Sosial şəbəkə asılılığından əziyyət çəkən insanlarda bir sıra psixoloji dəyişikliklər müşahidə olunur. Bunların başında şiddətli aqressiya gəlir. Aqressiya açıq və aktiv şəkildə özünü göstərir, yuxusuzluq yaranır və bu vəziyyət orqanizmin ümumi vəziyyətinə də mənfi təsir edir. Bundan əlavə, ünsiyyət pozğunluğu meydana çıxır. Gözlərdə qırpınma halları müşahidə olunur ki, bu, bəzən psixoloji səbəblərlə, bəzən isə göz xəstəlikləri ilə əlaqəli ola bilər. Sinir sisteminin normal fəaliyyət göstərməməsi, beyin hüceyrələrinin passivləşməsi nəticəsində göz hərəkətlərində koordinasiya pozğunluğu və rabitəsizlik yaranır’’.

Psixoloq qeyd edir ki, sosial şəbəkə asılılığı olan insanlarda emosional qeyri-sabitlik formalaşa bilər: ‘’Bu vəziyyət zamanla real həyatla ünsiyyətin və sosial əlaqələrin ciddi şəkildə pozulmasına gətirib çıxarır. Onlar “yoxluq sindromu” yaşayırlar – sanki real həyatda deyil, sosial şəbəkələrdə mövcuddurlar və orada olmamaq onlar üçün böyük bir itki kimi qəbul edilir. Nəticədə bu şəxslər canlı ünsiyyətdən getdikcə uzaqlaşır, həyatlarını daha çox sosialx sosial şəbəkə üzərindən qurmağa başlayırlar. Onlar üçün gündəlik həyatın mərkəzi artıq sosial şəbəkələr olur. Məsələn, diqqət etsək görərik ki, işləyən insanlarda, eləcə də gənclərdə – tələbələrdə və şagirdlərdə – öz işlərinə və təhsillərinə qarşı laqeydlik formalaşır. Aid olduqları fəaliyyətlərə maraq azalır, zəiflik və motivasiya itkisi yaranır. Onların gözlərində daimi yorğunluq hiss olunur, ruh düşkünlüyü müşahidə edilir. Çünki bu insanlar artıq emosional cəhətdən həddindən artıq yüklənib, tükənmiş vəziyyətdə olurlar. Real həyatdan qopma və laqeydlik dərinləşdikcə, bu hal onların həm tədrisində, həm də iş fəaliyyətində məsuliyyətsiz davranışlara yol açır’’.

 

Əvvəlki yazı

"Survivor"dan kənarlaşdırılan aktyor saxlanıldı

Növbəti yazı

ABŞ və İran danışıqları Türkiyədə aparıla bilər

XƏBƏR LENTİ

Abbas Əraqçi ABŞ-la danışıqlar üçün Omana yola düşüb

Abbas Əraqçi ABŞ-la danışıqlar üçün Omana yola düşüb

05/02/2026 23:58
Əbu-Dabidəki Rusiya-Ukrayna danışıqlarına münasibət bildirdi

Əbu-Dabidəki Rusiya-Ukrayna danışıqlarına münasibət bildirdi

05/02/2026 23:26
Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ

Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ

05/02/2026 22:57
Leyla Əliyeva yeni fotolar paylaşdı

Leyla Əliyeva yeni fotolar paylaşdı

05/02/2026 22:20
‘’Azərbaycanlıların’’ ‘’Azəri’’ sözündən xoşu gəlmir - Doğuş

‘’Azərbaycanlıların’’ ‘’Azəri’’ sözündən xoşu gəlmir - Doğuş

05/02/2026 21:53
Bakıda 6 yaşlı uşağa işgəncə verən dələduz "general"ın oğlu imiş

Bakıda 6 yaşlı uşağa işgəncə verən dələduz "general"ın oğlu imiş

05/02/2026 21:24
“Əliyev və Paşinyan yaxşı liderlərdir” - Tramp

“Əliyev və Paşinyan yaxşı liderlərdir” - Tramp

05/02/2026 20:56
Dəvələrin də pasportu olacaq

Dəvələrin də pasportu olacaq

05/02/2026 20:23
Əvvəl özünü “məsih” adlandırmışdı, indi isə cənnətlik olduğunu deyir

Əvvəl özünü “məsih” adlandırmışdı, indi isə cənnətlik olduğunu deyir

05/02/2026 20:14
Mətin Kərimli: Azərbaycan təhsilində süni intellektin tətbiqi üçün çoxsaylı imkanlar var

Mətin Kərimli: Azərbaycan təhsilində süni intellektin tətbiqi üçün çoxsaylı imkanlar var

05/02/2026 19:50
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.