• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Siyasət

İlham Əliyev Əbu-Dabidə səfər edib

02 Fevral, 26 / 20:38
A A
İlham Əliyev Əbu-Dabidə səfər edib

Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 2-də Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşü olub.

Alyans.media xəbər verir ki, söhbət zamanı Azərbaycan-BƏƏ ikitərəfli əlaqələrinin strateji tərəfdaşlığa əsaslandığı vurğulanaraq, ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, həmçinin bərpaolunan enerji, mədəni, humanitar və digər istiqamətlərdə inkişafından məmnunluq ifadə olunub, münasibətlərimizin genişlənməsində hər iki prezidentin Azərbaycana və BƏƏ-yə qarşılıqlı səfərlərinin, görüşlərinin önəmi qeyd edilib.

Görüşdə Əbu-Dabidə Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin Silahlı qüvvələri arasında keçirilən “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təliminin əhəmiyyətinə toxunulub, bu təlimlərin iki ölkənin Silahlı qüvvələri arasında operativ hərbi uyğunluğun inkişafına töhfə verəcəyinə əminlik bildirilib və bunun gələcəkdə də davam etdirilməsinin önəmi vurğulanıb.

Dövlət başçıları əlaqələrimizin perspektivlərinə və gələcək təmaslara dair fikir mübadiləsi aparıblar.

Sonra Azərbaycan və BƏƏ prezidentlərinin iştirakı ilə “Cənub Qaz Dəhlizi” QSC-də İqtisadiyyat Nazirliyinə məxsus qeyri-nəzarət payının müəyyən hissəsinin Əbu-Dabi Milli Neft Şirkətinin investisiya qolu olan XRG Şirkətinə satışı ilə bağlı alqı-satqı müqaviləsinə dair sənəd imzalanıb.

Qeyd edək ki, səfər çərçivəsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi arasında müdafiə əməkdaşlığı razılaşması barədə niyyət məktubu da imzalanıb.

Azərbaycan və BƏƏ prezidentləri bu sənədlərin ölkələrimiz arasında əlaqələrin daha da inkişafına təkan verəcəyinə əminliklərini bildiriblər.

Söhbət zamanı Bakı ilə Əbu-Dabi arasında qardaşlaşma münasibətlərinin yaradılması məsələləri də qeyd edilib.

Əvvəlki yazı

Rusiyada meymunçiçəyinə yoluxma halı qeydə alınıb

Növbəti yazı

Azərbaycanla BƏƏ arasında enerji və müdafiə sahələrində sənədlər imzalanıb 

XƏBƏR LENTİ

Sabah hava necə olacaq? 

Sabah hava necə olacaq? 

06/02/2026 13:58
‘’İdrak’’ liseyində güllələnən müəllim kimdir?

‘’İdrak’’ liseyində güllələnən müəllim kimdir?

06/02/2026 13:37
ABŞ-da məktəblərdə silahlı atışmaların sayı - 25 il fərq ilə

ABŞ-da məktəblərdə silahlı atışmaların sayı - 25 il fərq ilə

06/02/2026 13:35
Avropa İttifaqının Türkiyə ilə bağlı yeni qərarı 

Avropa İttifaqının Türkiyə ilə bağlı yeni qərarı 

06/02/2026 13:07
Quş qripi və Nyukasl xəstəliyi ilə bağlı müayinə nəticələri açıqlandı

Quş qripi və Nyukasl xəstəliyi ilə bağlı müayinə nəticələri açıqlandı

06/02/2026 12:40
“Azərbaycan bölgədə yaranmış vəziyyətdən narahatdır”

“Azərbaycan bölgədə yaranmış vəziyyətdən narahatdır”

06/02/2026 12:16
Prezident iranlı naziri qəbul etdi 

Prezident iranlı naziri qəbul etdi 

06/02/2026 12:00
"Əsrin fəlakəti"ndən üç il ötür

"Əsrin fəlakəti"ndən üç il ötür

06/02/2026 11:53
Müəllimin xəsarət alması faktı ilə bağlı cinayət işi başlanıb

Müəllimin xəsarət alması faktı ilə bağlı cinayət işi başlanıb

06/02/2026 11:24
Özünə iynə vurandan sonra öldü

Özünə iynə vurandan sonra öldü

06/02/2026 11:02
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.