• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Sağlamlıq

"Martdan etibarən qripə yoluxmalar azalacaq" - Səhiyyə Nazirliyi məlumat yaydı

03 Fevral, 26 / 11:58
A A
"Martdan etibarən qripə yoluxmalar azalacaq" - Səhiyyə Nazirliyi məlumat yaydı
Hər il olduğu kimi qış aylarında qripə yoluxma hallarının bir qədər çox olduğunu müşahidə edirik. Epidemioloji qanunauyğunluqlar əsasında deyə bilərik ki, mart ayında və daha sonra qripə yoluxma hallarının azalması gözlənilir.
Alyans.media trend.az-a istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib.
Onun sözlərinə görə, ölkədə epidemioloji durum müvafiq səhiyyə qurumları tərəfindən ciddi izlənilir:
“Aparılan müşahidə və tədqiqatlar hazırda qrip infeksiyası ilə əlaqədar epidemioloji vəziyyətin nəzarət altında olmasını göstərir. Bu hallarda əlavə tədbirlərə ehtiyac duyulmur. Qripin ağırlaşmaları 5 yaşın altında olan uşaqlar ilə yanaşı digər risk qruplarında da müşahidə edilir. Bunlara hamilələr, 65+yaşlı insanlar və müxtəlif səbəbli immundefisiti və ağır yanaşı xroniki xəstəlikləri olan şəxslərdir. Vaksinasiya qeyd edilən bütün risk qruplarına daxil olan insanlar üçün ciddi tövsiyə olunur. Ən çox rast gələn ağırlaşmalar əsasən pnevmoniya, həmçinin uşaqlarda orta qulağın iltihabı təsadüf olunur. Qripə qarşı vaxtında edilmiş vaksinasiya yoluxma hallarında xəstəliyin asimptomatik, bəzən yüngül və fəsadsız keçməsinə səbəb olur. Vaksin eyni dərəcədə bütün fəsadlardan şəxsi qoruyur və risk qruplarına daxil olan insanların peyvənd olunması bu məqsədi daşıyır”.
Təyyar Eyvazov qeyd edib ki, ümumi gigiyena tədbirlərinə əməl olunması tövsiyə olunur:
“Əllərin tez-tez və ən azı 20 saniyə sabun və su ilə yaxşıca yuyulması (bu, bütün ailə üzvlərinə, xüsusən öskürmədən, asqırdıqdan sonra və ya körpələrlə təmasdan əvvəl aiddir). Tənəffüs yollarının gigiyenasına riayət edilməsi: öskürərkən və asqırarkən ağzı və burnu əllərlə deyil, birdəfəlik salfet və ya dirsəklə bağlanmalıdır. Xəstə insanlarla yaxın təmasdan çəkinmək lazımdır. Tez-tez istifadə olunan əşyaların və səthlərin (qapı tutacaqları, oyuncaqlar) müntəzəm təmizlənməsi vacibdir. Kəskin respirator virus infeksiyası epidemiyaları dövründə insanların böyük izdihamından yayınmalı, xəstə insanlar (xüsusilə uşaqlar) mümkünsə evdə qalmalı və risk qrupuna aid insanlarla (körpələr, yaşlılar) təmasdan çəkinməlidirlər.
Körpələr üçün ana südü ilə qidalanmanın davam etdirilməsi vacibdir, çünki ana südü qoruyucu faktorları ehtiva edir.
TƏBİB-dən isə mövzu ilə bağlı bildirilib ki, payız-qış mövsümünün başlanması ilə əlaqədar ölkə ərazisində kəskin respirator virus infeksiyalarının, habelə qripin yayılmasının qarşısının alınması məqsədilə ənənəvi profilaktik və əksepidemik tədbirlər həyata keçirilir.
“8 oktyabrdan 28 yanvaradək TƏBİB-in tabeliyində olan tibb müəssisələrində ümumilikdə 27 271 nəfər qrip əleyhinə peyvənd olunub.
Onlardan 0-17 yaş aralığı 4 219 nəfər, 18-59 yaş aralığı 16 875 nəfər, 60 yaş və yuxarı isə 6 177 nəfərdir”.
Qeyd edilib ki, Səhiyyə Nazirliyi tərəfindən ölkəyə gətirilən yüksək keyfiyyətli qrip əleyhinə peyvəndlər Fransa istehsalı olan “Sanofi Pasteur” şirkətinə məxsusdur. Qrip əleyhinə peyvənd olunmaq istəyən vətəndaşlar regionlar üzrə rayon mərkəzi xəstəxanalarına, Bakı şəhəri üzrə isə ambulator-poliklinik xidmət göstərən ilkin səhiyyə müəssisələrinə müraciət edə bilər. Peyvəndlənmə könüllülük prinsipi əsasında aparılır.
Əvvəlki yazı

Nazirlik əhaliyə müraciət etdi - Bu tarixdən etibarən…

Növbəti yazı

Pensiyalar bu tarixdən etibarən artımla veriləcək

XƏBƏR LENTİ

İsrail ordusu HAMAS-ın silah anbarını vurdu

İsrail ordusu HAMAS-ın silah anbarını vurdu

06/02/2026 23:58
NASA astronavtlara buna icazə verəcək

NASA astronavtlara buna icazə verəcək

06/02/2026 23:23
Bəzi şəxslər yeni mənzillərlə təmin olunacaqlar

Bəzi şəxslər yeni mənzillərlə təmin olunacaqlar

06/02/2026 22:55
Uzunluğuna görə “Ginnesin Rekordlar Kitabı”na düşdü

Uzunluğuna görə “Ginnesin Rekordlar Kitabı”na düşdü

06/02/2026 22:26
Pakistan İslamabaddakı terror aktı ilə əlaqədar dəstəyə görə Azərbaycana təşəkkür edib

Pakistan İslamabaddakı terror aktı ilə əlaqədar dəstəyə görə Azərbaycana təşəkkür edib

06/02/2026 21:58
Rusiyada avtobusla yük maşını toqquşdu - 5 uşaq ölüb

Masallıda “Mercedes”lər toqquşdu - Ölən var

06/02/2026 21:36
Epşteynin sağ olduğu iddia olunur

Epşteynin sağ olduğu iddia olunur

06/02/2026 21:08
Azərbaycan Rusiyaya nota verdi

Azərbaycan Rusiyaya nota verdi

06/02/2026 20:41
Ekspert: “Bu gün ‘’İdrakda’’ baş verən, sabah istənilən məktəbdə təkrarlana bilər”

Ekspert: “Bu gün ‘’İdrakda’’ baş verən, sabah istənilən məktəbdə təkrarlana bilər”

06/02/2026 20:14
Ermənistanda parlament seçkiləri bu tarixdə keçiriləcək

Ermənistanda parlament seçkiləri bu tarixdə keçiriləcək

06/02/2026 19:52
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.