Uşaqlar arasında suçiçəyi xəstəliyinə yoluxmalar qeydə alınır.
Bu səbəbdən uşaqlarını xəstəxanaya gətirənlər var.
Alyans.media Xezerxeber.az-a istinadən xəbər verir ki, həkimlər deyir ki, yoluxma riskinin azaldılması məqsədilə vətəndaşlara yoluxmuş şəxslərlə təmasdan çəkinmək, əlləri tez-tez yumaq, şəxsi gigiyena qaydalarına ciddi riayət etmək, xəstəlik əlamətləri müşahidə edildikdə vaxtında tibb müəssisələrinə müraciət etmək tövsiyə olunur.
Həkim-pediatr Gülnarə İlyasova deyir ki, bəzən valideynlər suçiçəyinə yoluxmuş uşaqlara ev şəraitində antibiotik verirlər. Amma həkim məsləhəti olmadan bunu etmək isə qəti şəkildə qadağandır.










