• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Sosial

Bakıda ana sevgilisi ilə birlikdə azyaşlı oğluna işgəncə verdi

05 Fevral, 26 / 16:24
A A
Bakıda ana sevgilisi ilə birlikdə azyaşlı oğluna işgəncə verdi
Bakıda ana sevgilisi ilə birgə altı yaşlı oğluna işgəncə verməkdə təqsirləndirilərək həbs edilib.
Alyans.media “Unikal”a istinadən xəbər verir ki, bu barədə zərərçəkmiş şəxsin vəkili Binyamin Cumayev məlumat verib.
Onun sözlərinə görə, artıq Yasamal Rayon Məhkəməsi tərəfindən təqsirləndirilən şəxslərdən – Nina Feodorovna Mereuta bir ay və onunla qeyri-rəsmi yaşadığı Ayxan Firdovsi oğlu Ələkbərli barəsində isə iki ay həbs qətimkan tədbiri seçilib:
Bakıda ana sevgilisi ilə birlikdə azyaşlı oğluna işgəncə verdi
“Nina Feodorovna Mereuta Ramin Ramizoğlu ilə birgə nikahdan olan 23.01.2020-ci il təvəllüdlü azyaşlı övladını 2024-cü ilin iyun ayının ortalarından 2025-ci ilin sentyabrınadək olan müddət ərzində

paytaxtın Yasamal rayonunda yerləşən mənzildə qeyri-rəsmi yaşadığı Ayxan Firdovsi oğlu Ələkbərli ilə mütəmadi olaraq bədəninin müxtəlif nahiyələrinə vurub, qaranlıq hamam otağına salıb fiziki ağrı və psixi iztirablar verməklə döyüblər”.
Vəkilin sözlərinə görə, cütlük sonuncu dəfə 06.09.2025-ci il tarixdə həmin ünvanda azyaşlının bədəninə bel kəməri və çəkiclə bir neçə dəfə vurub fiziki ağrı yetiriblər:
“Keçirilmiş ekspertizaların nəticəsinə əsasən, köməksiz vəziyyətdə olan azyaşlıda travmadan sonra stres pozuntusu yaranıb, həmçinin sağ diz oynağı nahiyəsinin yumşaq toxumalarının əzilmiş yarası və sıyrığı ilə əlaqədar diz oynağında hərəkət funksiyasının nisbi pozulması, sol diz oynağında küt əşyanın təsirindən əmələ gəlmiş qançırlar qeydə alınıb”.
B.Cumayev onu da qeyd edib ki, hər iki təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 133.2.3-cü (əzab vermə – bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə), 133.2.4-cü (əzab vermə – təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) və 133.2.5-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumlarına qarşı törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Əvvəlki yazı

“Yeni bir müharibəyə şahid olmaq istəmirik” - ƏRDOĞAN

Növbəti yazı

Abşeron məktəblərində sıxlıq azalır: 6 təhsil müəssisəsi istifadəyə verilib

XƏBƏR LENTİ

Abbas Əraqçi ABŞ-la danışıqlar üçün Omana yola düşüb

Abbas Əraqçi ABŞ-la danışıqlar üçün Omana yola düşüb

05/02/2026 23:58
Əbu-Dabidəki Rusiya-Ukrayna danışıqlarına münasibət bildirdi

Əbu-Dabidəki Rusiya-Ukrayna danışıqlarına münasibət bildirdi

05/02/2026 23:26
Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ

Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ

05/02/2026 22:57
Leyla Əliyeva yeni fotolar paylaşdı

Leyla Əliyeva yeni fotolar paylaşdı

05/02/2026 22:20
‘’Azərbaycanlıların’’ ‘’Azəri’’ sözündən xoşu gəlmir - Doğuş

‘’Azərbaycanlıların’’ ‘’Azəri’’ sözündən xoşu gəlmir - Doğuş

05/02/2026 21:53
Bakıda 6 yaşlı uşağa işgəncə verən dələduz "general"ın oğlu imiş

Bakıda 6 yaşlı uşağa işgəncə verən dələduz "general"ın oğlu imiş

05/02/2026 21:24
“Əliyev və Paşinyan yaxşı liderlərdir” - Tramp

“Əliyev və Paşinyan yaxşı liderlərdir” - Tramp

05/02/2026 20:56
Dəvələrin də pasportu olacaq

Dəvələrin də pasportu olacaq

05/02/2026 20:23
Əvvəl özünü “məsih” adlandırmışdı, indi isə cənnətlik olduğunu deyir

Əvvəl özünü “məsih” adlandırmışdı, indi isə cənnətlik olduğunu deyir

05/02/2026 20:14
Mətin Kərimli: Azərbaycan təhsilində süni intellektin tətbiqi üçün çoxsaylı imkanlar var

Mətin Kərimli: Azərbaycan təhsilində süni intellektin tətbiqi üçün çoxsaylı imkanlar var

05/02/2026 19:50
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.