• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə özəl

“Uşaq problemi silahla həll edirsə, bu psixologiya evdə formalaşıb” – EKSPERT

07 Fevral, 26 / 15:14
A A
“Uşaq problemi silahla həll edirsə, bu psixologiya evdə formalaşıb” – EKSPERT

Son dövrlər məktəblərdə baş verən zorakı hadisələr bir sualı getdikcə daha ucadan səsləndirir: problem niyə dialoqla deyil, silahla “həll” edilir? Əsl təhlükə təkcə odlu silahın mövcudluğu deyil, onun uşağın düşüncəsində bir çıxış yolu, bir həll forması kimi yer almasıdır. Bu psixologiya bir gündə yaranmır. O, ailədə görülən münasibətlərdən, valideyn davranışlarından, cəmiyyətin gücə verdiyi mənadan və zorakılığın normallaşdırıldığı mühitdən qidalanaraq formalaşır. Məsələ silahın kim tərəfindən və necə istifadə olunmasından daha çox, onun uşağın şüurunda nə vaxt və necə “haqlı seçimə” çevrilməsidir.

Mövzu ilə əlaqəli klinik psixoloq, Amerika Psixoloqlar Assosiyasının üzvü Fəridə Musəvi Alyans.media-ya açıqlama verib. Bildirib ki, ümumiyyətlə, bu kimi hadisələr bu gün məktəblərdə daha tez-tez müşahidə olunur: ‘’Təəssüf ki, silah artıq bir mövzuya, müzakirə predmetinə çevrilib. Amma müəllimə qarşı hörmətsizlik, müəllimə qarşı davamiyyət göstərməmək və dərslərə laqeyd münasibət artıq geniş şəkildə rast gəlinən hallardır. Son ‘’İdrak’’ liseyində baş verən hadisəyə nəzər salsaq, ilk olaraq onu qeyd etmək olar ki, bəlkə də müəllim hansısa məqamda uşağın psixologiyasını düzgün anlaya bilməyib, onu tuta bilməyib və uşağa aqressiya yaradacaq bir vəziyyət formalaşıb. Bu ehtimal da mümkündür və belə hallar tamamilə istisna deyil. Lakin əsas sual budur: müəllimlə uşaq arasında yaranan kiçik bir problemin həlli üçün bu uşaq niyə odlu silahı mövzuya daxil etdi? Niyə problemi həll etmə yolu kimi məhz silahı seçdi? Odlu silah mövzusu uşağın psixologiyasına necə həll yolu kimi daxil olub? Bu düşüncə onun şüuraltında necə formalaşıb? Burada məsuliyyəti yalnız bir tərəfin üzərinə yükləmək düzgün olmaz. Ümumiyyətlə, bu tip hadisələrdə iştirak edən uşaqların əksəriyyəti evdə emosional boşluq, diqqətsizlik yaşayırlar. Onlar diqqət mərkəzində olmaq, özlərini sübut etmək istəyi ilə formalaşırlar. “Mən bunu etdim, baxın, mən kişiyəm, mən böyümüşəm, problemləri bu cür həll edirəm” kimi düşüncələr ortaya çıxır’’.

Psixoloq qeyd edib ki, problemin həll yolu olaraq odlu silahın seçilməsi artıq daha dərin psixoloji məsələdən xəbər verir: ‘’Bu düşüncə uşağın şüuraltında haradan formalaşıb? Bu mərhələdə artıq uşağın ailəsinə, ev mühitinə baxmaq lazımdır. Burada valideynlərin rolu son dərəcə mühümdür. Hər bir valideyn böyütdüyü uşağın tərbiyəsinə, psixoloji durumuna görə məsuliyyət daşıyır. Uşağın düşüncəsində odlu silahın bir “həll yolu” kimi formalaşmasının səbəblərini araşdırsaq, mövzu sonda mütləq ailəyə gedib çıxacaq. Ən önəmli məsələlərdən biri də odur ki, valideynlər çox zaman uşaqlarının tərəfini qeyd-şərtsiz tuturlar və müəllimi ikinci plana atırlar. “Uşaq haqlıdır, müəllim səhv edib” kimi yanaşmalar sərgilənir. Əlbəttə, müəllimin də hansısa məqamlarda düzgün davranmadığı hallar ola bilər. Lakin valideyn bu fikirləri uşağın gözü qarşısında, müəllimi alçaldacaq tərzdə ifadə etdikdə, bu, ciddi fəsadlara yol açır. Nəticədə uşaq müəllim üzərində hökmranlıq qurmağı, ona qarşı hörmətsiz davranmağı özünə haqq bilir. Bu yanaşma isə həm təhsil mühitinə, həm də uşağın gələcək davranış modelinə ciddi zərər vurur’’.

 

 

 

 

Əvvəlki yazı

Torpaq və binaların satın alınması ilə bağlı YENİ QƏRAR

Növbəti yazı

17 yaşlı qız evdə qızdırmadan öldü

XƏBƏR LENTİ

Küləklə bağlı sarı xəbərdarlıq verilib 

Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ

07/02/2026 17:51
“Azərbaycan daim Pakistanın yanındadır”

“Azərbaycan daim Pakistanın yanındadır”

07/02/2026 17:23
Abbas Əraqçi: Əgər İrana hücum edilsə, biz regiondakı ABŞ bazalarını hədəf alacağıq

Abbas Əraqçi: Əgər İrana hücum edilsə, biz regiondakı ABŞ bazalarını hədəf alacağıq

07/02/2026 16:54
Müəllimi güllələyən şagird həbs edildi

Müəllimi güllələyən şagird həbs edildi

07/02/2026 16:29
Həmin şagird liseyə belə daxil olubmuş – İLKİN GÖRÜNTÜLƏR

Həmin şagird təhlükəli oyunlar oynayırmış?

07/02/2026 16:26
Nəsimidə 3 kiloqramdan artıq narkotik aşkarlandı 

Nəsimidə 3 kiloqramdan artıq narkotik aşkarlandı 

07/02/2026 15:59
Qardaşı uşaqlarını baltalayan əmi nədən ölüb? - AÇIQLAMA

17 yaşlı qız evdə qızdırmadan öldü

07/02/2026 15:36
“Uşaq problemi silahla həll edirsə, bu psixologiya evdə formalaşıb” – EKSPERT

“Uşaq problemi silahla həll edirsə, bu psixologiya evdə formalaşıb” – EKSPERT

07/02/2026 15:14
Torpaq və binaların satın alınması ilə bağlı YENİ QƏRAR

Torpaq və binaların satın alınması ilə bağlı YENİ QƏRAR

07/02/2026 14:51
Bazar günü hava necə olacaq?

Bazar günü hava necə olacaq?

07/02/2026 14:20
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.