• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Sosial

Ali təhsili olmayan rəqqasə necə REKTOR oldu?

09 Fevral, 26 / 17:50
A A
Ali təhsili olmayan rəqqasə necə REKTOR oldu?

Azərbaycan təhsil sistemində son illər müşahidə olunan kadr təyinatları artıq tək-tək istisna yox, sistemli problemə çevrilib. Bu problemin ən bariz nümunələrindən biri isə Bakı Xoreoqrafiya Akademiyasında baş verənlərdir. Bakı Xoreoqrafiya Akademiyası sıradan mədəniyyət müəssisəsi deyil. Bu akademiya ölkənin peşəkar xoreoqraflarını, baletmeysterlərini, pedaqoqlarını yetişdirən ali təhsil ocağıdır. Belə bir qurumun tədris prosesinə cavabdeh olan şəxsin elmi-pedaqoji hazırlığı, akademik təcrübəsi, ali təhsili və idarəçilik bacarığı olmalıdır.

Rəqqasə olmaq — hörmətli peşədir, lakin bu fakt ali məktəbi idarə etmək üçün hüquqi və peşəkar əsas yaratmır.

Bakı Xoreoqrafiya Akademiyasında baş verən kadr təyinatı ilə bağlı narazılıqlar artıq təkcə media müstəvisində deyil, sənət cameəsinin içindən də səslənir.

Alyans.media Mediatv.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Əməkdar artisti Mehriban Xanlarova özünün Facebook hesabında paylaşım edərək ciddi suallar qaldırıb.

Mehriban Xanlarova paylaşımında bildirib ki, ali təhsili olmayan, peşə fəaliyyəti rəqqasəlikdən ibarət olan Nailə Məmmədzadə əvvəlcə Bakı Xoreoqrafiya Akademiyasında tədris işləri üzrə prorektor, daha sonra isə rektor vəzifəsinə təyin olunub.

Əməkdar artist bu təyinatı sənətə və təhsilə hörmətsizlik kimi qiymətləndirərək, Mədəniyyət nazirliyini mövqelərini açıqlamağa çağırıb.

Bu paylaşım bir daha göstərir ki, söhbət fərdi iddialardan deyil, ictimai narahatlıq doğuran real problemdən gedir. Çünki Bakı Xoreoqrafiya Akademiyası ölkədə peşəkar xoreoqrafiya təhsili verən yeganə ali məktəblərdən biridir və burada qəbul edilən hər bir kadr qərarı birbaşa sənətin gələcəyinə təsir edir.

Orada tədris edən müəllimlər fənni apara bilmirlər. Çünki başqa ixtisasın müəllimləri onlara aid olmayan fənlərdən dərs deyir. Ən yaxşı müəllimləri, savadsız kadrlarla əvəzləyir. Təsəvvür edirsiniz, bu nə deməkdir?! 76 ildir incəsənətdəyəm, bir də eşidirəm ki, ora rəqs quruluşuna kimisə göndəriblər. Soruşuram ki, bu kimdir? Dedilər ki, bədii rəhbərdir. Bu gülüncdür. Bədii rəhbər kollektivlərdən yetişir, püxtələşir. Mən hələ onu bir rəqsdə, məktəbdə, kollektivdə görməmişəm. 1-2 il keçdi, onun vəzifəsini dəyişdilər. Prorektor qoydular. Bu adam kimlərinsə hesabına prorektor oldu. 3 ildir bu Akademiyada rəhbər yoxdur. Bir adamın ki, ali təhsil diplomu yoxdur, amma orada 3 vəzifəni icra edir. Həm bədii rəhbər, həm tədris üzrə prorektor, həm də rektor vəzifəsini müvəqqəti icra edir. Bu çox gülünc və qanuna ziddir. Təhsili, elmi dərəcəsi, rəqs sənətində uğurları olan insanlar rəhbər vəzifəsinə təyin olunmalıdır.O vaxt Muğam teatrı var idi, Arif Qazıyev rəhbərlik edirdi. Mən də orada olurdum, digər sənətkarlar da. Dedilər ki, bu Nailə də orada çalışıb. Dedim axı mən də orada olmuşam, heç onu görməmişəm?! Sən demə o gecələr, orada göbək rəqsi oynayan olub. Özü də ayaqyalın. İndi siz deyin, özfəaliyyətdən çıxmış bu qadın, göbək rəqsi oynayan oriental rəqqasə bu akademiyaya necə rəhbərlik edə bilər? 16 respublikanın içində ad çıxarmışdı bizim məktəb, hamı başına and içirdi”.

P.S Bakı Xoreoqrafiya Akademiyasında baş verənlər təkcə bir şəxsin məsələsi deyil — bu,cəmiyyətdə ciddi suallar doğuran bir mövzudur.

Əvvəlki yazı

İran yeni silahların açıq nümayişini dayandırdı

Növbəti yazı

Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq

XƏBƏR LENTİ

Ukrayna may ayının sonu və ya iyunun əvvəlinə qədər Aİ-dən 90 milyard avronun ilk tranşını alacağını gözləyir

Ukrayna may ayının sonu və ya iyunun əvvəlinə qədər Aİ-dən 90 milyard avronun ilk tranşını alacağını gözləyir

23/04/2026 16:20
Aİ-də əksər ölkə Fransanın ABŞ ilə ticarət sazişini yenidən nəzərdən keçirmək təklifini qəbul etmir

Aİ-də əksər ölkə Fransanın ABŞ ilə ticarət sazişini yenidən nəzərdən keçirmək təklifini qəbul etmir

23/04/2026 15:59
Dövlət Neft Fondunun aktivləri 125 milyard manata yaxınlaşır

Dövlət Neft Fondunun aktivləri 125 milyard manata yaxınlaşır

23/04/2026 15:50
Paşinyan: Bakı-İrəvan sülhü Ermənistanın iqtisadiyyatını gücləndirəcək

Paşinyan Ermənistanın mülki aviasiyasında problemləri etiraf etdi

23/04/2026 15:44
Astanada RES2026 çərçivəsində yüksək səviyyəli iqlim sessiyası keçirilir 

Astanada RES2026 çərçivəsində yüksək səviyyəli iqlim sessiyası keçirilir 

23/04/2026 15:35
Azərbaycan Misirlə iqtisadi əməkdaşlığı müzakirə edir

Azərbaycan Misirlə iqtisadi əməkdaşlığı müzakirə edir

23/04/2026 15:26
Türkiyə nümayəndə heyəti Azərbaycanın işğaldan azad edilmiş ərazilərini ziyarət edib

Türkiyə nümayəndə heyəti Azərbaycanın işğaldan azad edilmiş ərazilərini ziyarət edib

23/04/2026 15:16
Ölkə üzrə pensiyalar sabah tam ödəniləcək

Sabah bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı yardımlar ödəniləcək

23/04/2026 15:08
İndoneziya Rusiyadan 150 milyon barel neft alacaq

İndoneziya Rusiyadan 150 milyon barel neft alacaq

23/04/2026 14:46
Britaniya şirkəti Azərbaycanda qızıl yatağında flotasiya qurğusunu modernləşdirir

Britaniya şirkəti Azərbaycanda qızıl yatağında flotasiya qurğusunu modernləşdirir

23/04/2026 14:37
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.