• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Siyasət

Bakı və Əbu-Dabi arasında Anlaşma Memorandumu imzalandı 

11 Fevral, 26 / 13:20
A A
Bakı və Əbu-Dabi arasında Anlaşma Memorandumu imzalandı 

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabinin Bələdiyyələr və Nəqliyyat Departamentinin sədri Məhəmməd Əli Əl-Şorafanın rəhbərliyi ilə BƏƏ nümayəndə heyəti Bakıda səfərdədir.

Alyans.media xəbər verir ki, bu gün nümayəndə heyəti Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla görüşüb.

Görüşdə Eldar Əzizov qeyd edib ki, bu gün  ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olması hər iki dövlətin rəhbərlərinin fəaliyyətinin nəticəsidir. Fevralın 4-də Prezident İlham Əliyevin BƏƏ-yə işgüzar səfəri zamanı ona “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim olunmasını ölkə başçısının uğurlu siyasətinə verilən yüksək qiymət olduğunu bildirib. Butün bunlar öz növbəsində paytaxt Bakı və Əbu-Dabi şəhərləri arasında uğurlu əməkdaşlıq qurmağa zəmin yaradır.

Bakı haqqında məlumat verən Eldar Əzizov bildirib ki, İlham Əliyevin siyasəti nəticəsində bu gün Bakı şəhəri  keyfiyyətcə yeni səviyyəyə yüksəlib və bu prosses uğurla davam edir.

Azərbaycan və BƏƏ arasında uzun illərdən bəri davam edən dostluq münasibətlərinə toxunan Məhəmməd Əli Əl-Şorafa qeyd edib ki, ölkəsində Azərbaycanla əlaqələrə xüsusi önəm verilir: “Bu mənim şəhərinizə ilk səfərimdir və gördüklərimi nəzərə alaraq sonuncu olmadığına əminəm”. Bakı şəhərinin sürətli inkişafını, şəhər idarəçiliyinin effektivliyini xüsusilə qeyd edən qonaq iki paytaxt şəhərin biri-birindən çox şeyi öyrənəcəklərinə ümidvar olduğunu bildirib.

Sonra Bakı şəhəri və Əbu-Dabi şəhəri arasında qardaşlaşma münasibətlərinin yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb. Eldar Əzizov qonağa şanlı zəfərimizə həsr olunan və artıq 11 dildə çap edilən “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının ərəb dilində nəşrini təqdim edib.

Əvvəlki yazı

Prezident qəbul keçirdi - FOTO

Növbəti yazı

“WhatsApp”da növbəti yenilik

XƏBƏR LENTİ

Bu tarixlərdə şagirdlər distant təhsil alacaq - Balacaların tətil vaxtı dəyişdirildi

Bu tarixlərdə şagirdlər distant təhsil alacaq - Balacaların tətil vaxtı dəyişdirildi

23/04/2026 17:23
"ABŞ-İran masasında Rusiya yoxdur, amma..."-Peskov şərtləri açıqladı

Kreml: Yaxın Şərq böhranına baxmayaraq, OPEC+ hasilatda dəyişikliyi nəzərdə tutmur

23/04/2026 16:59
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

23/04/2026 16:54
Anglo Asian Mining şirkəti Azərbaycanda iki yeni qızıl layihəsi üçün məsləhətçi işə götürür

Anglo Asian Mining şirkəti Azərbaycanda iki yeni qızıl layihəsi üçün məsləhətçi işə götürür

23/04/2026 16:44
Xəzərlə bağlı həyəcan təbili:Fəlakət yaşana bilər

Xəzərlə bağlı həyəcan təbili:Fəlakət yaşana bilər

23/04/2026 16:32
Okeanda gərginlik: ABŞ hərbçiləri İran nefti daşıyan tankeri ələ keçirdi

Okeanda gərginlik: ABŞ hərbçiləri İran nefti daşıyan tankeri ələ keçirdi

23/04/2026 16:27
Ukrayna may ayının sonu və ya iyunun əvvəlinə qədər Aİ-dən 90 milyard avronun ilk tranşını alacağını gözləyir

Ukrayna may ayının sonu və ya iyunun əvvəlinə qədər Aİ-dən 90 milyard avronun ilk tranşını alacağını gözləyir

23/04/2026 16:20
Aİ-də əksər ölkə Fransanın ABŞ ilə ticarət sazişini yenidən nəzərdən keçirmək təklifini qəbul etmir

Aİ-də əksər ölkə Fransanın ABŞ ilə ticarət sazişini yenidən nəzərdən keçirmək təklifini qəbul etmir

23/04/2026 15:59
Dövlət Neft Fondunun aktivləri 125 milyard manata yaxınlaşır

Dövlət Neft Fondunun aktivləri 125 milyard manata yaxınlaşır

23/04/2026 15:50
Paşinyan: Bakı-İrəvan sülhü Ermənistanın iqtisadiyyatını gücləndirəcək

Paşinyan Ermənistanın mülki aviasiyasında problemləri etiraf etdi

23/04/2026 15:44
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.