“Düşünürəm ki, TRIPP Prezident Trampın adını daşıyır və bu o deməkdir ki, həmin dəhliz bu administrasiya və ondan sonrakılar üçün də vacib olacaq”.
Alyans.media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Münxendə “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələrdə bildirib.
Dövlət başçısı deyib ki, əgər belə olmasaydı, Prezident öz adını (dəhlizə – red.) verməzdi. Onun adının verilməsi o deməkdir ki, bu icra olunacaq.










