• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Siyasət

“Münasibətlər normallaşana qədər bu müddəalar Ermənistan üçün qüvvədə olmayacaq”

20 Fevral, 26 / 12:50
A A
“Münasibətlər normallaşana qədər bu müddəalar Ermənistan üçün qüvvədə olmayacaq”

Azərbaycan daha bir konvensiyaya qoşulur.

Alyans.media xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında “Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.

Qanun layihəsini təqdim edən deputat Nizami Səfərov bildirib ki, müqavilələr hüququ haqqında 2 oktyabr 2017-ci il tarixli Vyana Konvensiyasının 20-ci və 21-ci maddələrinə və “İnsan orqanlarının alverinə qarşı Konvensiyanın” 30-cu maddəsinə əsasən, Azərbaycan 30 oktyabr 2023-cü ildə Konvensiyasını imzalayarkən bəyanatla çıxış edib:

“Həmin bəyanatda nəzərdə tutulur ki, münaqişənin nəticələri tamamilə qaldırılanadək və Ermənistanla Azərbaycan arasında münasibətlər normallaşana qədər Azərbaycan tərəfindən Ermənistana münasibətdə Konvensiyanın müddəaları tətbiq edilməyəcək.

Qeyd edilən bəyanat II Qarabağ müharibəsində əldə edilən zəfərin nəticəsi olaraq dövlətimzin beynəlxalq müqavilə-hüquq təcrübəsində indiyədək mövcud olan yanaşmanı əhəmiyyətli formada transformasiya edib. Əvvəlki təcrübədə istər Avropa Şurasının Konvensiyalarına, istərsə də Birləşmiş Millətlər Təşkilatı çərçivəsində qəbul edilən müqavilələrə və digər hüquqi sənədlərə münasibətdə irəli sürülən bəyanatlarda nəzərdə tutulurdu ki, Azərbaycan Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə beynəlxalq aktların müddəalarının yerinə yetirilməsinə həmin ərazilər azad olunana qədər təminat vermək iqtidarında deyildir.

Ərazi bütövlüyümüzün, suverenliyimizin və konstitusiya-hüququ nizamının tam bərpa edilməsi,  Prezidentin irəli sürdüyü sülh gündəliyinin müvəffəqiyyətlə həyata keçirilməsi müqavilə-hüquq praktikasina ciddi təsir edib və yalnız Ermənistanla münasibətlər normallaşana qədər beynəlxalq hüquq aktlarının müddəaları ikitərəfli müstəvidə tətbiq edilməyəcək.

Donorluq və transplantasiya üzrə Global Observatoriyanın məlumatına görə, hər il dünyada 150 000 min qanuni transplantasiya əməliyyatları həyata keçirilir ki, bu qeyd olunan sahədə yalnız 10% tələbatı ödəyir. Ümumdünya Səhiyyə Təşkilatının statistikası göstərir ki, orta hesabla ildə 10 000 gizli, yəni qanunsuz insan orqanları transplantasiyası keçirilir ki, bu da saatda bir əməliyyatdan artıq rəqəm təşkil edir. İnsan hüquqlarının və əsas azadlıqlarının ciddi pozuntusu olan bu cür cinayətlər transmilli mütəşəkkil cinayətkar qruplar tərəfindən törədilir və qlobal beynəlmiləl miqyasda təşkil olunur. Bu cür həddədindən artıq təhlükəli və transmilli xarakter daşıyan kriminal əməllərin qarşısının alınması dövlətlərin və beynəlxalq təşkilatların müştərək və sistemli əməkdaşlığını tələb edir və müzakirə etdiyimiz sənəd bunu üçün zəruri hüquqi əsaları nəzərdə tutur.

Konvensiya 33 maddəni əhatə edir, mahiyyətcə çərçivə xarakterti daşıyır və insan orqanlarının alverinə qarşı mübarizədə beynəlxalq standartları nəzərdə tutur. Konvensiyanın əsas məqsədi qeyd edilən cinayətin qarşısının alınması və onunla mübarizənin təşkili, müvafiq sahədə konkret əməllərin – insan orqanlarının qanunsuz götürülməsi və həmin orqanların saxlanılması, daşınması, ötürülməsi, qəbulu, idxalı və ixracının və sair əməllərin kriminallaşdırılması, zərər çəkən şəxslərin hüquqlarının qorunması, cinayət işləri üzrə hüquqi yardım, ekstradisiya və digər formalrda beynəlxalq əməkdaşlığın gücləndirilməsindən ibarətdir. Eyni zamanda nəzərinizə çatdırmaq istərdim ki, Konvensiyanın daxili qanununvericilikdə implementasiyası əhəmiyyətli dərəcə asanlaşdırılmışdır, çünki müvafiq sahədə əsaslı hüquqi mexanizmlər artıq formalaşıb.

Belə ki, Azərbaycanda 20 oktyabr 2020-ci ildə “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” xüsusi Qanun qəbul edilib, Cinayət Məcəlləsində insan orqanlarının və toxumalarının alqı-satqısı, qanunsuz donorluğu və transplantasiyasına görə 137-ci maddədə məsuliyyət müəyyən edilib.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq təsdiq edilib.

Əvvəlki yazı

Epşteynin qurbanlarına milyonlarla dollar ödəniləcək

Növbəti yazı

Yeni cərimələr qəbul edildi - 550 manatdan 2500-ə qədər

XƏBƏR LENTİ

Bazarlarda məhsullar UCUZLAŞDI -VİDEO

Bazarlarda məhsullar UCUZLAŞDI -VİDEO

21/04/2026 23:42
Bakı metrosunda daha bir insident: Ölən şəxsin kimliyi bilindi

Bakı metrosunda daha bir insident: Ölən şəxsin kimliyi bilindi

21/04/2026 23:15
Qurbanov Elvini buna görə komandadan qovub - Qızlarla partilər…

Qurbanov Elvini buna görə komandadan qovub - Qızlarla partilər…

21/04/2026 22:49
Gənclər və İdman Nazirliyində nöqsanlar

Gənclər və İdman Nazirliyində nöqsanlar

21/04/2026 22:41
İrandan ABŞ-yə növbəti imtina - “Blokada qalxmasa, danışıq olmayacaq”

İrandan ABŞ-yə növbəti imtina - “Blokada qalxmasa, danışıq olmayacaq”

21/04/2026 22:24
“Hizbullah” Livanda atəşkəsi pozub”

“Hizbullah” Livanda atəşkəsi pozub”

21/04/2026 22:05
‘’Zirə” Azərbaycan kubokunun finalında

‘’Zirə” Azərbaycan kubokunun finalında

21/04/2026 21:54
“Şagird spirti termosda gətirib” - Həmin məktəbin direktoru+Video

“Şagird spirti termosda gətirib” - Həmin məktəbin direktoru+Video

21/04/2026 21:30
Latviya Prezidenti Azərbaycana gəldi

Latviya Prezidenti Azərbaycana gəldi

21/04/2026 21:03
Bakı metrosunda günün ikinci hadisəsi - Sərnişin həlak oldu

Bakı metrosunda günün ikinci hadisəsi - Sərnişin həlak oldu

21/04/2026 21:00
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.