• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə özəl

Rauf Xəlilovla bağlı iddialar: Şikayətdən sonra aparılan araşdırmanın nəticələri

20 Fevral, 26 / 13:28
A A
Rauf Xəlilovla bağlı iddialar: Şikayətdən sonra aparılan araşdırmanın nəticələri

Bir neçə gün əvvəl saytımızda cərrah Rauf Xəlilov barədə redaksiyamıza daxil olmuş şikayət əsasında material dərc olunmuşdu. Həmin yazıda müraciət edən tərəfin iddiaları ictimailəşdirilmiş, məsələ ilə bağlı səsləndirilən narazılıqlar oxucuların diqqətinə çatdırılmışdı. Qarşı tərəfin mövqeyini öyrənmək məqsədilə dərhal əlaqə yaratmağa cəhd göstərilsə də, ilkin mərhələdə həkimin köməkçisi zənglərimizi cavablandırmamış, bu səbəbdən rəsmi münasibət almaq mümkün olmamışdı. Nəticədə xəbər birtərəfli təqdim edilən məlumatlar əsasında yayımlanmışdı.

Daha sonra redaksiya olaraq məsələni daha əhatəli və obyektiv şəkildə araşdırmağı qərara aldıq. Təkrar əlaqə cəhdlərimiz nəticə verdi və qarşı tərəflə görüş təşkil olundu. Araşdırma çərçivəsində həkimin fəaliyyət göstərdiyi HTC Klinikasında olduq, səsləndirilən iddialarla bağlı yerində araşdırma apardıq, tibbi proses və sənədlərlə tanış olduq, mövqe və izahatları dinlədik.

Görüş zamanı bildirildi ki, məsələ konkret bir pasiyentlə bağlı yaranmış narazılıqdan qaynaqlanır. Həkimin sözlərinə görə, əməliyyatdan sonra yaranmış vəziyyətlə əlaqədar pasiyentə əlavə tibbi müdaxilə təklif olunub və bu prosedur icra edilib. Qeyd olundu ki, bütün əməliyyatlar qüvvədə olan tibbi standartlara uyğun, lazımi müayinələr və razılıq prosedurları əsasında həyata keçirilib. Həkim iddiaların bir qisminin reallığı əks etdirmədiyini, tibbi proseslərin isə şəffaf şəkildə aparıldığını vurğulayıb.

Diqqətçəkən məqamlardan biri də redaksiyamıza müraciət edən şəxsin sonradan təqdim etdiyi yazışmaları və səs qeydlərini qarşılıqlı şəkildə silməsi, eləcə də adının açıqlanmamasını xahiş etməsi olub. Buna baxmayaraq, müxtəlif platformalarda iddiaların səsləndirilməsinin davam etdiyi bildirilib. Bu hal məsələni daha diqqətlə və balanslı şəkildə araşdırmağı zəruri edib.

Araşdırma zamanı bir neçə digər pasiyentlə də əlaqə saxladıq. Danışdığımız şəxslər əməliyyat prosesi, tibbi xidmətin təşkili və əldə olunan nəticələrlə bağlı müsbət fikirlər səsləndirdilər. Onlar həkimin peşəkar yanaşmasından, pasiyentlə ünsiyyətindən və sonrakı nəzarət mərhələsindən məmnun qaldıqlarını ifadə etdilər.

Sonda onu da vurğulamaq istərdik ki, məsələyə yenidən qayıdaraq əlavə araşdırma aparmağımız, qarşı tərəfin mövqeyini əldə etməyimiz və ilkin materialı daha geniş kontekstdə təqdim etməyimiz redaksiyanın peşəkar, prinsipial və obyektiv yanaşmasının göstəricisidir. Media olaraq məqsədimiz faktları dəqiqləşdirmək, bütün tərəfləri dinləmək və ictimaiyyətə balanslı informasiya təqdim etməkdir. Bu yanaşmanı fəaliyyətimizin əsas prinsipi kimi bundan sonra da qoruyub saxlayacağıq.

Əvvəlki yazı

Yeni cərimələr qəbul edildi - 550 manatdan 2500-ə qədər

Növbəti yazı

Qadın hərbçilərlə bağlı müddətin 6 ayadək azaldılması təklif olundu

XƏBƏR LENTİ

Bazarlarda məhsullar UCUZLAŞDI -VİDEO

Bazarlarda məhsullar UCUZLAŞDI -VİDEO

21/04/2026 23:42
Bakı metrosunda daha bir insident: Ölən şəxsin kimliyi bilindi

Bakı metrosunda daha bir insident: Ölən şəxsin kimliyi bilindi

21/04/2026 23:15
Qurbanov Elvini buna görə komandadan qovub - Qızlarla partilər…

Qurbanov Elvini buna görə komandadan qovub - Qızlarla partilər…

21/04/2026 22:49
Gənclər və İdman Nazirliyində nöqsanlar

Gənclər və İdman Nazirliyində nöqsanlar

21/04/2026 22:41
İrandan ABŞ-yə növbəti imtina - “Blokada qalxmasa, danışıq olmayacaq”

İrandan ABŞ-yə növbəti imtina - “Blokada qalxmasa, danışıq olmayacaq”

21/04/2026 22:24
“Hizbullah” Livanda atəşkəsi pozub”

“Hizbullah” Livanda atəşkəsi pozub”

21/04/2026 22:05
‘’Zirə” Azərbaycan kubokunun finalında

‘’Zirə” Azərbaycan kubokunun finalında

21/04/2026 21:54
“Şagird spirti termosda gətirib” - Həmin məktəbin direktoru+Video

“Şagird spirti termosda gətirib” - Həmin məktəbin direktoru+Video

21/04/2026 21:30
Latviya Prezidenti Azərbaycana gəldi

Latviya Prezidenti Azərbaycana gəldi

21/04/2026 21:03
Bakı metrosunda günün ikinci hadisəsi - Sərnişin həlak oldu

Bakı metrosunda günün ikinci hadisəsi - Sərnişin həlak oldu

21/04/2026 21:00
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.