• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Manşet

"Hüseynovların informasiya terrorunu erməni daşnakları belə aparmır"

20 Fevral, 26 / 15:16
A A
"Hüseynovların informasiya terrorunu erməni daşnakları belə aparmır"
“Münxen Təhlükəsizlik Konfransına ilk dəfə qalib dövlətin rəhbəri kimi, sülh gündəliyi ilə qatıldığını bəyan edən Prezident İlham Əliyevin ətrafında yaradılan kənar informasiya ajiotajı sifarişli idi. Vətəndaşlığını və mənliyini itirən Emin Hüseynovun demokratiya sualı, əslində, Azərbaycanın Qələbəsini qəbul edə bilməyən və son bir ayda daha da azğınlaşan dairələrin koordinasiyalı əks-hücum kampaniyası idi”.
Alyan.media xəbər verir ki, bunu Zahid Oruc Milli Məclisin bugünkü plenar iclasında deyib.
O bildirib ki, ərazisini işğaldan təmizləyən, suverenliyini bərpa edən, Xankəndidə üçrəngli bayrağını ucaldan bir dövləti insan haqları ilə sorğulamaq siyasi riyakarlıqdır: “Demokratiya sualını torpağını öz ordusu ilə azad edən bir dövlətə verirlər, lakin Suriyanın kürd hərəkatının lideri Məzlum Abdi ilə elə həmin Münxen salonunda görüşən onlarla dövlət rəhbərinə müraciət etmirlər.
Emin Hüseynov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevadan insan haqlarının vəziyyətini soruşur. Birinci xanım isə sərt və güclü iradəsini cəmi iki cümlə ilə nümayiş etdirir. Bəli, Vətən müharibəsində kişi libası geyinib səngərdə vuruşan, mərmi altında yaralı və şəhid övladlarını çiyinlərində daşıyan və bir gündə iki oğlunu torpağa əmanət edən Azərbaycan qadını mənəviyyatca özgə təyyarəsi və paltarı ilə Avropaya qaçan fərarilərdən qat-qat yüksəkdədir”,
Z.Oruc qeyd edib ki, ən böyük insan haqqı öz doğma torpaqlarında yaşamaq, qurub-yaratmaqdır: “Ali Baş Komandanla çiyin-çiyinə şəhid ailələrini bağrına basan, müharibənin ilk günlərində yaralı döyüşçülərin ağrısını qəhəri ilə bölüşən Mehriban xanımın nöqtəvi və sərrast cavabı, on illərdir dövlətimizə qarşı aparılan böhtan kampaniyasını iflasa uğratdı, təkcə Prezident ailəsinin deyil, bütün azərbaycanlı xanımlarının iradəsinin ifadəsi oldu.
Bəli, Hüseynovlar üçün Azərbaycan hələ də 20 faiz natamamdır, işğal altındadır. Xüsusi xidmət orqanlarının əməkdaşı amerikalı Sarah Polsvortla əlaqələrdən sonra casusluğuna görə 1 milyon 500 min manat mükafat alan və 250 min vergi borcunu İsveçrə dövlətinə ödətdirən bir şəxs avropalı siyasi liderlərin qarşısına qaçıb tələb etmir ki, nədən bir zəngilanlının, kəlbəcərlinin evini tikmirsiz, niyə dahi Füzulinin adını daşıyan torpağın minadan azad olunmasına əl uzatmırsınız.
Emin və Mehman Hüseynovların informasiya terrorunu erməni daşnakları belə aparmır. Görün, indi hansı qüvvələrlə savaşırıq”.
Deputat bildirib ki, fevralın 19-da Qlobal Sülh Şurasında tək qalib lider kimi iştirak edən İlham Əliyev tamamilə haqlıdır:
“Beynəlxalq media, QHT şəbəkələri geopolitikanın silahlarıdır. Dünyada “tam müstəqil” mətbuat mifdir. “Azadlıq” va “Amerikanın səsi” radioları Konqres tərəfindən rəsmi olaraq maliyyələşir. “BBC” Britaniya hökumətindən böyük yardımlar alır. “Röyters” agentliyi isə bunu gizli edir. Ona görə də Azərbaycanın Qələbəsi onu Qlobal Sülh Şurasında söz sahibi etdiyi üçün Avropa və ABŞ-da Prezidentin qarşısına çıxanlar bilməlidir ki, Şuşaya yüksələn Ali Baş Komandan son 300 ilin suallarını cavablandıran tək liderdir.
Əvvəlki yazı

Bakıda qadın doğuşdan sonra öldü

Növbəti yazı

Samirənin qızı ilə bağlı qərar verildi

 

XƏBƏR LENTİ

Latviya Prezidenti Azərbaycana gəldi

Latviya Prezidenti Azərbaycana gəldi

21/04/2026 21:03
Bakı metrosunda günün ikinci hadisəsi - Sərnişin həlak oldu

Bakı metrosunda günün ikinci hadisəsi - Sərnişin həlak oldu

21/04/2026 21:00
Bu marşrut üzrə bütün avtobuslar yenilənir

Bu marşrut üzrə bütün avtobuslar yenilənir

21/04/2026 20:38
Həqiqətin kölgəsində: saxta xəbərlər düşüncəmizi necə idarə edir?

Həqiqətin kölgəsində: saxta xəbərlər düşüncəmizi necə idarə edir?

21/04/2026 20:14
53 gündən sonra ölkəsinə qayıdır

53 gündən sonra ölkəsinə qayıdır

21/04/2026 19:47
17 yaşdan kiçik şəxslərin siqaret almasına - Qadağa

17 yaşdan kiçik şəxslərin siqaret almasına - Qadağa

21/04/2026 19:22
Bakı məktəbində nə baş verib? - Hüquq-mühafizə orqanlarına məlumat verildi

Bakı məktəbində nə baş verib? - Hüquq-mühafizə orqanlarına məlumat verildi

21/04/2026 18:56
Qəzasız sürən qazanacaq, qəza edənlərə 30% əlavə cərimə - Avtosığortada yeni qaydalar

Qəzasız sürən qazanacaq, qəza edənlərə 30% əlavə cərimə - Avtosığortada yeni qaydalar

21/04/2026 18:30
Həmin 15 yaşlı məktəbli saxlanıldı

Həmin 15 yaşlı məktəbli saxlanıldı

21/04/2026 18:04
Metrodakı hadisədə 2 qadın xəstəxanalıq olub - Biri hamilədir

Metrodakı hadisədə 2 qadın xəstəxanalıq olub - Biri hamilədir

21/04/2026 17:40
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.