Lənkəranın Nərimanabad qəsəbə sakini 1974-cü il təvəllüdlü Ağadadaş Maarif oğlu Əliyevi elektrik cərəyanı vurub.
Alyans.media xəbər verir ki, hadisə Liman şəhəri ərazisində onun transformatorun yerləşdiyi əraziyə daxil olarkən baş verib.
Belə ki, ağır yanıq xəsarətləri alan A.Əliyev Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsinə hospitalizasiya olunub.
İlkin yardım göstərilib. Vəziyyətinə uyğun olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.(report)










