• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə özəl

Sabunçu 3 saylı şəhər klinik xəstəxanasında biabırçılıq iddiası – Həkim pensiya düzəltmək adı ilə şəhid ailəsinin 4500 manatını mənimsəyib

01 Mart, 26 / 19:18
A A
Sabunçu 3 saylı şəhər klinik xəstəxanasında biabırçılıq iddiası – Həkim pensiya düzəltmək adı ilə şəhid ailəsinin 4500 manatını mənimsəyib

“Alyans.media”nın redaksiyasına daxil olan şikayətdə şəhid ailə üzvü Yeganə İsayeva ciddi iddialar səsləndirib. Onun sözlərinə görə, Sabunçu rayonunda yerləşən 3 saylı şəhər klinik xəstəxananın “İnfeksion” şöbəsində çalışan İradə adlı həkim tərəfindən aldadılıb.

Şikayətçi bildirir ki, sözügedən həkim 2022-ci ildə onlardan 4500 manat pul alaraq 1-ci qrup əlillik təqaüdü düzəldəcəyini vəd edib. Lakin aradan illər keçməsinə baxmayaraq nə vəd edilən sənəd həll olunub, nə də ödənilən məbləğ geri qaytarılıb.

Şəhid ailəsinin sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə həkimlə əlaqə saxlamağa cəhd göstərilsə də, telefon zəngləri ya cavabsız qalıb, ya da müxtəlif bəhanələrlə yayındırılıb.

Məsələ ilə bağlı “Alyans.media” əməkdaşları xəstəxananın mətbuat xidməti ilə əlaqə saxlayıb. Xəstəxanadan bildirilib ki, adı çəkilən həkim etdiyi qanunsuz əməllərlə bağlı işdən azad olunub və onunla əmək müqaviləsinə xitam verilib. Bununla belə, İradə adlı həkimin hazırda başqa bir tibb mərkəzində fəaliyyət göstərdüyü iddia olunur.

Eyni zamanda, İradə adlı həkimin 2023-cü ildə Sabunçu rayon xəstəxanasından vətəndaşların pensiya düzəltmək adı ilə pullarını mənimsədiyi üçün işdən uzaqlaşdırılan Rzaquliyeva İradə Cəlal qızı olduğu da İDDİA olunur.

Faktla bağlı aidiyyəti qurumların araşdırma aparıb-aparmayacağı isə hələlik məlum deyil.

 

Emil Müzəffərli

Əvvəlki yazı

Salyanda partlamamış mərmi aşkarlandı

Növbəti yazı

Tramp və Netanyahu telefonla danışıb

XƏBƏR LENTİ

İsrail ordusu: İran ballistik raket hücumlarını artırır

İsrail ordusu: İran ballistik raket hücumlarını artırır

02/03/2026 14:25
İdman kompleksində halı pisləşən şəxs öldü

İdman kompleksində halı pisləşən şəxs öldü

02/03/2026 14:09
 Ofelya Şabanova övladını İTİRDİ

 Ofelya Şabanova övladını İTİRDİ

02/03/2026 13:58
İranda 555 nəfər həlak olub

İranda 555 nəfər həlak olub

02/03/2026 13:42
Yaponiyanın Azərbaycandakı səfirliyi fəaliyyətini dayandırdı

Yaponiyanın Azərbaycandakı səfirliyi fəaliyyətini dayandırdı

02/03/2026 13:20
Daha bir ölkə İrana qarşı müharibəyə qoşulur

Daha bir ölkə İrana qarşı müharibəyə qoşulur

02/03/2026 13:18
Siyəzəndə 10-cu sinif şagirdinin meyiti tapılıb

Siyəzəndə 10-cu sinif şagirdinin meyiti tapılıb

02/03/2026 12:40
Xameneinin həlak olmuş 14 aylıq nəvəsinin - Fotosu

Xameneinin həlak olmuş 14 aylıq nəvəsinin - Fotosu

02/03/2026 12:00
“Silahları yerə qoysunlar, yoxsa ölümlə qarşılaşacaqlar”

“Silahları yerə qoysunlar, yoxsa ölümlə qarşılaşacaqlar”

02/03/2026 11:02
Xamenei kim idi - DOSYE

Xamenei kim idi - DOSYE

02/03/2026 10:41
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.