• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə özəl

Sığınacaqda niyə deyildi? Qərarı həyatına başa gəldi – Aylar öncədən planlanan hücumun detalları

02 Mart, 26 / 15:52
A A
Sığınacaqda niyə deyildi? Qərarı həyatına başa gəldi – Aylar öncədən planlanan hücumun detalları

ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumlar zamanı həyatını itirdiyi bildirilən İranın ali dini lideri Ayətullah Seyid Əli Xameneinin niyə sığınacaqda deyil, iqamətgahında olduğu ilə bağlı yeni məlumatlar yayılıb.

Alyans.media xəbər verir ki, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani bildirib ki, Xamenei sığınacaqda gizlənməyi qəbul etməyib. Onun sözlərinə görə, ali dini lider həyatını əvvəlki kimi davam etdirməkdə israr edib və təhlükəsiz yerə keçməkdən imtina edib.

Eyni zamanda, Xameneiyə qarşı ABŞ və İsrailin birgə həyata keçirdiyi əməliyyatın bəzi detalları da ortaya çıxıb. Məlumata görə, İsrail hərbi təyyarələri onun iqamətgahına 30 bomba atıb. Hücum zamanı Xameneinin qızı, kürəkəni, nəvəsi və gəlini ilə birlikdə həyatını itirdiyi iddia olunur. Bildirilir ki, dağıntılar altından çıxarılan cənazədə qəlpə izləri aşkar edilib və həmin görüntülərin İsrailin baş naziri Benjamin Netenyahu və təhlükəsizlik rəsmilərinə təqdim olunduğu irəli sürülür.

İclas zamanı hücum edilib

ABŞ-ın The Wall Street Journal nəşrinin yazdığına görə, əməliyyat üçün gün və saat xüsusi dəqiqliklə seçilib. Xamenei və İranın yüksək vəzifəli siyasi-hərbi rəhbərliyinin iclas keçirdiyi şənbə günü, yerli vaxtla saat 10:00-da hücum həyata keçirilib. İsrail qırıcılarının atdığı bombalar iqamətgahı tamamilə dağıdıb.

Hücum zamanı Xameneinin yaxın müşaviri Əli Şamxani İnqilab Keşikçiləri Korpusunun komandanı Məhəmməd Pakpur və İranın müdafiə naziri Əmir Nasirzadənin də öldüyü bildirilir.

Əməliyyat aylarla planlaşdırılıb

Məlumata görə, yüksək səviyyəli hədəfləri əhatə edən bu əməliyyat aylar əvvəl hazırlanıb. Planlaşdırma prosesində İsrailin baş qərargah rəhbərliyi, hava qüvvələrinin komandanlığı və Mossad rəhbərliyi iştirak edib.

İddialara görə, İsrailin baş naziri Benjamin Netanyahu ötən ilin dekabrında Floridada ABŞ-ın keçmiş prezidenti Donald Trump ilə görüş keçirib və İranın nüvə proqramının davam edəcəyi halda hərbi müdaxilənin mümkünlüyü müzakirə olunub.

Qeyd edək ki, İran dövlət mediası Ayətullah Xameneinin hücum zamanı həyatını itirdiyini təsdiqləyib. Ölüm xəbərindən sonra ölkədə 40 günlük yas elan edilib, həmçinin ölkə üzrə 7 günlük rəsmi tətil qərarı verilib.

Sevinc Yarməmmədova

Əvvəlki yazı

İran–İsrail–ABŞ qarşıdurması dünyanı yeni müharibə qorxusu ilə üz-üzə qoyur - AÇIQLAMA

Növbəti yazı

Xomeyni xalqa müraciət etdi

XƏBƏR LENTİ

Partlayış səsləri eşidiləcək - Nazirlikdən xəbərdarlıq

Partlayış səsləri eşidiləcək - Nazirlikdən xəbərdarlıq

02/03/2026 18:00
İstanbulda DƏHŞƏT

İstanbulda DƏHŞƏT

02/03/2026 17:48
İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib 

İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib 

02/03/2026 17:35
Bakıda metro və avtobusla 1 qəpiyə getmək olar - ŞƏRTLƏR

Bakıda metro və avtobusla 1 qəpiyə getmək olar - ŞƏRTLƏR

02/03/2026 17:09
KİV: İranın yeni müvəqqəti ali liderinin evi vuruldu

KİV: İranın yeni müvəqqəti ali liderinin evi vuruldu

02/03/2026 17:02
Bütün nazirlərə tapşırıq vermişəm ki… - Pezeşkian

Bütün nazirlərə tapşırıq vermişəm ki… - Pezeşkian

02/03/2026 16:45
Bakıda bu "Mall" bağlanır

Bakıda bu "Mall" bağlanır

02/03/2026 16:19
Xomeyni xalqa müraciət etdi

Xomeyni xalqa müraciət etdi

02/03/2026 16:14
Sığınacaqda niyə deyildi? Qərarı həyatına başa gəldi – Aylar öncədən planlanan hücumun detalları

Sığınacaqda niyə deyildi? Qərarı həyatına başa gəldi – Aylar öncədən planlanan hücumun detalları

02/03/2026 15:52
İran–İsrail–ABŞ qarşıdurması dünyanı yeni müharibə qorxusu ilə üz-üzə qoyur - AÇIQLAMA

İran–İsrail–ABŞ qarşıdurması dünyanı yeni müharibə qorxusu ilə üz-üzə qoyur - AÇIQLAMA

02/03/2026 15:25
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.