• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə özəl

Yaxın Şərqdə barıt qoxusu: Müharibə bitmir – yeni və daha təhlükəli mərhələ başlayır…

02 Mart, 26 / 18:35
A A
Yaxın Şərqdə barıt qoxusu: Müharibə bitmir – yeni və daha təhlükəli mərhələ başlayır…

Son üç gündə Yaxın Şərqdə gərginlik kəskin şəkildə artaraq İran və İsrail arasında açıq hərbi qarşıdurmaya çevrilib. ABŞ və İsrailin 28 fevralda İran ərazisində həyata keçirdiyi genişmiqyaslı hava zərbələri regionda yeni və təhlükəli mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Hücumlar zamanı İranın ali dini lideri Ayətullah Seyid Əli Xameneinin öldürüldüyü təsdiqlənib və bu hadisə qarşıdurmanı daha da kəskinləşdirib. Həmin zərbələrdən sonra İran İsrailə və regionda yerləşən ABŞ hərbi obyektlərinə qarşı raket və pilotsuz aparat hücumları həyata keçirib. Münaqişə qısa müddətdə yalnız iki ölkə ilə məhdudlaşmayaraq Yaxın Şərqin müxtəlif nöqtələrinə yayılıb. İranın cavab zərbələri nəticəsində İsraildə partlayışlar baş verib, Körfəz ölkələrində yerləşən ABŞ bazaları hədəfə alınıb və regionda təhlükəsizlik vəziyyəti ciddi şəkildə gərginləşib.

Baş verən hadisələrlə bağlı politoloq Turab Rzayev Alyans.media-ya açıqlama verib. O düşünür ki, qarşıdakı dövrdə bu münaqişənin davam edəcək: ‘’Çünki faktiki olaraq tərəflərin heç biri geri addım atmaq niyyətində deyil. İran tərəfi danışıqlara meyilli olduğunu bildirsə də, açıq şəkildə nə nüvə proqramından imtina etmək, nə də ballistik raket proqramını dayandırmaq istədiyini göstərir. Digər tərəfdən, ABŞ-da Donald Trump əvvəlcə vəziyyətə dörd həftə vaxt veriləcəyini bildirsə də, bir çox mütəxəssislər münaqişənin daha uzun müddət davam edə biləcəyini deyirlər. İsrail isə bu dəfə İran ilə bağlı bütün problemləri daha sərt şəkildə həll etmək niyyətində görünür. Ümumilikdə mənzərə onu göstərir ki, hər üç tərəf mövqeyində kifayət qədər qətiyyətlidir və qarşı tərəfə güzəşt etməyə hazır deyil. Məsələn, faktiki olaraq danışıqlar prosesinin getdiyi bir vaxtda ABŞ tərəfindən hücum həyata keçirildi. Bu, əvvəlki hallarda da baş vermişdi. Bu səbəbdən tərəflər danışıqları daha çox siyasi manevr kimi qəbul edir və prosesə tam etibar etmirlər’’.

Politoloq hesab edir ki, münaqişə hələ bir müddət davam edə bilər: ‘’Eyni zamanda İranın münaqişəni daha da genişləndirmək potensialı da var. Belə olarsa, İsrail və ABŞ bazaları, eləcə də bəzi ərəb ölkələri hədəfə çevrilə bilər və bu, qarşıdurmanın miqyasını böyüdə bilər. Hazırda əsas məsələ İranın cavab imkanlarının nə qədər geniş olması və ABŞ ilə İsrailin hərbi-siyasi resurslarının bu qarşıdurmanı nə qədər davam etdirə bilməsidir. Digər vacib sual isə odur ki, tərəflər sonda ortaq dil tapa biləcəklərmi. İranda mümkün siyasi dəyişikliklər və yeni hakimiyyətin ABŞ və İsraillə münasibətləri necə quracağı da bu prosesdə həlledici rol oynaya bilər’’.

Sevinc Yarməmmədova

Əvvəlki yazı

Türkiyədə ABŞ hərbi bazası vurulub?

Növbəti yazı

Xameneinin həyat yoldaşı da ÖLDÜ

XƏBƏR LENTİ

Trampdan İranla bağlı sərt açıqlama: "Biz hələ başlamamışıq"

Trampdan İranla bağlı sərt açıqlama: "Biz hələ başlamamışıq"

02/03/2026 21:00
Pensiyaçılara ŞAD XƏBƏR: Sovet dövründə iş stajınız varsa...

Pensiyaçılara ŞAD XƏBƏR: Sovet dövründə iş stajınız varsa...

02/03/2026 20:50
Trampla Netanyahunun başına PUL QOYULDU

Trampla Netanyahunun başına PUL QOYULDU

02/03/2026 20:22
İsmayıllıda zəncirvari qəza - Ölən və yaralananlar var

SON DƏQİQƏ: Atletlər kəndində yol-nəqliyyat hadisəsi baş verib

02/03/2026 20:00
Yaxın Şərqdə ölən ABŞ hərbçilərinin sayı artdı

Yaxın Şərqdə ölən ABŞ hərbçilərinin sayı artdı

02/03/2026 19:33
Xameneinin həyat yoldaşı da ÖLDÜ

Xameneinin həyat yoldaşı da ÖLDÜ

02/03/2026 19:05
Yaxın Şərqdə barıt qoxusu: Müharibə bitmir – yeni və daha təhlükəli mərhələ başlayır…

Yaxın Şərqdə barıt qoxusu: Müharibə bitmir – yeni və daha təhlükəli mərhələ başlayır…

02/03/2026 18:35
Türkiyədə ABŞ hərbi bazası vurulub?

Türkiyədə ABŞ hərbi bazası vurulub?

02/03/2026 18:18
Partlayış səsləri eşidiləcək - Nazirlikdən xəbərdarlıq

Partlayış səsləri eşidiləcək - Nazirlikdən xəbərdarlıq

02/03/2026 18:00
İstanbulda DƏHŞƏT

İstanbulda DƏHŞƏT

02/03/2026 17:48
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.