• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Manşet

İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib 

02 Mart, 26 / 17:35
A A
İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Rusiya Federasiyası Hökuməti Sədrinin müavini, Hökumətlərarası Komissiyanın həmsədri Aleksey Overçuku qəbul edib.

Alyans.media xəbər verir ki, görüş əsnasında Rusiya tərəfi regionda mürəkkəb və gərgin şərait fonunda Rusiya vətəndaşlarının İran İslam Respublikasından təxliyəsində operativ köməyə görə Azərbaycan rəhbərliyinə səmimi təşəkkürünü bildirib.

Azərbaycan-Rusiya münasibətlərinin gündəliyi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Söhbət zamanı qeyd edilib ki, Azərbaycan və Rusiya liderlərinin 2025-ci il oktyabrın 9-da Düşənbədə keçirilən görüşündə əldə etdikləri razılaşmalara uyğun olaraq, tərəflər 2024-cü il dekabrın 25-də “AZAL” təyyarəsinin qəzaya uğraması nəticəsində yaranan problemlərin həlli üzrə yaxın vaxtlarda kompleks praktik addımlar atacaqlar.

Azərbaycan ilə Rusiya arasında qarşılıqlı faydalı iqtisadi-ticari, investisiya, sənaye və nəqliyyat-logistika əməkdaşlığının gələcəkdə daha da inkişaf etdirilməsinə dair ortaq niyyətə diqqət yetirilib.

Görüşdə regionda nəqliyyat əlaqələrinin inkişafı perspektivləri müzakirə edilib.

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı üzrə işləri davam etdirmək üçün ortaq niyyət təsdiqlənib.

Söhbət əsnasında bir sıra humanitar məsələlər də müzakirə edilib.

Görüş Azərbaycan-Rusiya dövlətlərarası dialoquna xas olan ənənəvi dostluq və konstruktiv şəraitdə keçib.

Əvvəlki yazı

Bakıda metro və avtobusla 1 qəpiyə getmək olar - ŞƏRTLƏR

Növbəti yazı

İstanbulda DƏHŞƏT

XƏBƏR LENTİ

Yaxın Şərqdə ölən ABŞ hərbçilərinin sayı artdı

Yaxın Şərqdə ölən ABŞ hərbçilərinin sayı artdı

02/03/2026 19:33
Xameneinin həyat yoldaşı da ÖLDÜ

Xameneinin həyat yoldaşı da ÖLDÜ

02/03/2026 19:05
Yaxın Şərqdə barıt qoxusu: Müharibə bitmir – yeni və daha təhlükəli mərhələ başlayır…

Yaxın Şərqdə barıt qoxusu: Müharibə bitmir – yeni və daha təhlükəli mərhələ başlayır…

02/03/2026 18:35
Türkiyədə ABŞ hərbi bazası vurulub?

Türkiyədə ABŞ hərbi bazası vurulub?

02/03/2026 18:18
Partlayış səsləri eşidiləcək - Nazirlikdən xəbərdarlıq

Partlayış səsləri eşidiləcək - Nazirlikdən xəbərdarlıq

02/03/2026 18:00
İstanbulda DƏHŞƏT

İstanbulda DƏHŞƏT

02/03/2026 17:48
İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib 

İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib 

02/03/2026 17:35
Bakıda metro və avtobusla 1 qəpiyə getmək olar - ŞƏRTLƏR

Bakıda metro və avtobusla 1 qəpiyə getmək olar - ŞƏRTLƏR

02/03/2026 17:09
KİV: İranın yeni müvəqqəti ali liderinin evi vuruldu

KİV: İranın yeni müvəqqəti ali liderinin evi vuruldu

02/03/2026 17:02
Bütün nazirlərə tapşırıq vermişəm ki… - Pezeşkian

Bütün nazirlərə tapşırıq vermişəm ki… - Pezeşkian

02/03/2026 16:45
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.