İsrail və ABŞ İranın ali lideri Əli Xameneinin olduğu yerin koordinatlarını onun ətrafındakı “satqınlar” vasitəsilə əldə edib.
Alyans.media xəbər verir ki, bunu Rusiya FTX-nin istefada olan polkovnik-leytenantı Aleksandr Belyayev bildirib.
“Əks halda bu qədər dəqiq hədəf alınmazdı”, – deyə o qeyd edib.
Xainlərdən danışarkən Belyayev İranın daxili etnik problemlərini xarici təxribat, terrorçu qruplar və qaçaqmalçılar üçün giriş nöqtələri olan problemli Kürdüstan və Bəlucistan bölgələrini xatırladıb.










