İraq kürdlərindən ibarət silahlı qruplaşma İran ərazisinə keçib.
Alyans.media xəbər verir ki, bu iddia ilə “Foks Nyus” çıxış edib.
İddiaya görə, hücuma keçən kürd qruplaşmalara İsrailin hərbi təyyarələri havadan dəstək verir.
Kürd silahlı qrupların İraq Kürdüstan sərhədindən İran ərazisinə hücum etməsi ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.
Bunu İraq Kürdüstan Regionunun rəhbəri Neçirvan Bərzani deyib.
Bərzani heç bir İraq kürdünün sərhədi keçmədiyini və bu məlumatların tamamilə yalan olduğunu bildirib.










