• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Siyasət

“Azərbaycan sərhədlərinin bağlı qalması strateji təhlükəsizlik addımıdır” – Ekspert

05 Mart, 26 / 14:12
A A
“Azərbaycan sərhədlərinin bağlı qalması strateji təhlükəsizlik addımıdır” – Ekspert
İsrail, ABŞ və İran arasındakı hərbi qarşıdurma bölgə üçün strateji xəbərdarlığa çevrilib. Bu  baxımdan, Azərbaycanın  quru sərhədlərin bağlı qalması məsələsi yenidən gündəmə gəlib və artıq bu addımın doğru olduğunu qəbul edənlərin sayı artıb. 
İranın cavab zərbələri bölgədə gərginliyin uzun müddət davam edəcəyini göstərir.
Ekspertlər bildirir ki, sərhədlərin bağlı saxlanılması strateji addımdır. Pandemiya dövründə qəbul edilmiş qərarın hələ də qüvvədə qalması onun düşünülmüş və  əsaslandırılmış olduğunu göstərir. Hazırda Azərbaycanın həm şimal, həm də cənub qonşularında hərbi  qarşıdurmalar davam edir, hava hücumları və dron zərbələri regionda daha ciddi təlatümlər yarada bilər.
Alyanmedia.az xəbər verir ki , məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən Azər Rəşidoğlu vurğulayıb ki, Azərbaycan üçün quru sərhədlərin açılmaması yalnız fiziki maneə deyil, həm də regiondakı gərginliyin idarə olunmasında strateji addımdır:
“Azərbaycanın cənub sərhədi potensial gərginlik və silahlı qrupların hərəkəti baxımından kritik zonadır. Belə bir zamanda sərhədlərin açılması daxili sabitliyi risk altına  qoya, miqrasiya və humanitar böhranları artıra, həm də qeyri-sabit aktorların ölkəyə daxil olmasına şərait yarada bilərdi. Azərbaycan öz sərhədlərini nəzarətdə saxlamaq istəyir. Bu addım həm təhlükəsizliyi təmin edir, həm də regiondakı gərginliyin ölkəyə yayılmasının qarşısını alır”.
Azər Rəşidoğlu əlavə edib ki, sərhədlərin qorunması eyni zamanda Bakının ehtiyatlı diplomatik siyasətinin və strateji mövqeyinin əsas göstəricisidir:
“Quru sərhədlərin bağlanması Azərbaycanın strateji və haqlı mövqeyini möhkəmləndirir, regiondakı etnik-siyasi risklərin ölkəyə sirayət etməsinin qarşısını alır və həm qısa, həm də orta müddətdə Azərbaycanın təhlükəsizliyini və regiondakı rolunu gücləndirir”.
Ekspert vurğulayıb ki, əgər İran zəifləsə və Urmiya–Təbriz xətti strateji gərginlik zonasına çevrilsə, Bakı üçün ən ağıllı yanaşma emosional deyil, ehtiyatlı siyasət yürütməkdir:
“Bu gün İranın qərbində muxtariyyətə bənzər təhlükəsiz zona yaradılması müzakirə olunur. Bəzi planlarda kürdlər  üsyanı genişləndirmək üçün potensial tərəfdaş kimi nəzərdən keçirilir. Potensial gərginlik və silahlı qrupların  sərhədi keçmə riski səbəbindən sərhədlırin bağlı saxlanılması düzgün addımdır. Bu addım ölkənin təhlükəsizliyini və strateji mövqeyini qoruyur”.
Qeyd edək ki, Azərbaycanın İranla quru sərhədlərinin bağlı qalması, əsasən regional təhlükəsizlik, hərbi qarşıdurma riskləri və üçüncü qüvvələrin ölkə ərazisindən İrana qarşı istifadə edilməsinin qarşısını almaq məqsədi daşıyır. Rəsmi Bakı Güney Azərbaycan əhalisinin təhlükəsizliyini prioritet sayaraq, müharibə şəraitində qaçqın axını və təhlükəsizlik təhdidlərindən qorunmağı hədəfləyir.
Azərbaycan rəhbərliyi dəfələrlə bəyan edib ki, ölkə ərazisi heç bir üçüncü qüvvənin İrana qarşı plasdarmı olmayacaq.
Əvvəlki yazı

Ceyhun Bayramov: İranın Azərbaycana dron hücumları regionda gərginliyin artmasına xidmət edir

Növbəti yazı

İran səfirliyindən AÇIQLAMA: "Xəbərimiz YOXDUR"

XƏBƏR LENTİ

Bazarlarda məhsullar UCUZLAŞDI -VİDEO

Bazarlarda məhsullar UCUZLAŞDI -VİDEO

21/04/2026 23:42
Bakı metrosunda daha bir insident: Ölən şəxsin kimliyi bilindi

Bakı metrosunda daha bir insident: Ölən şəxsin kimliyi bilindi

21/04/2026 23:15
Qurbanov Elvini buna görə komandadan qovub - Qızlarla partilər…

Qurbanov Elvini buna görə komandadan qovub - Qızlarla partilər…

21/04/2026 22:49
Gənclər və İdman Nazirliyində nöqsanlar

Gənclər və İdman Nazirliyində nöqsanlar

21/04/2026 22:41
İrandan ABŞ-yə növbəti imtina - “Blokada qalxmasa, danışıq olmayacaq”

İrandan ABŞ-yə növbəti imtina - “Blokada qalxmasa, danışıq olmayacaq”

21/04/2026 22:24
“Hizbullah” Livanda atəşkəsi pozub”

“Hizbullah” Livanda atəşkəsi pozub”

21/04/2026 22:05
‘’Zirə” Azərbaycan kubokunun finalında

‘’Zirə” Azərbaycan kubokunun finalında

21/04/2026 21:54
“Şagird spirti termosda gətirib” - Həmin məktəbin direktoru+Video

“Şagird spirti termosda gətirib” - Həmin məktəbin direktoru+Video

21/04/2026 21:30
Latviya Prezidenti Azərbaycana gəldi

Latviya Prezidenti Azərbaycana gəldi

21/04/2026 21:03
Bakı metrosunda günün ikinci hadisəsi - Sərnişin həlak oldu

Bakı metrosunda günün ikinci hadisəsi - Sərnişin həlak oldu

21/04/2026 21:00
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.