• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Təhsil

Dünənki imtahanda suallar çətin olub? - DİM-dən açıqlama

10 Mart, 26 / 13:45
A A
Dünənki imtahanda suallar çətin olub? - DİM-dən açıqlama

“Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən buraxılış və qəbul imtahanlarının məzmunu müəyyən edilərkən istinad etdiyi metodiki çərçivə çox aydın və birmənalıdır. Bunlar hazırda ölkəmizdə qüvvədə olan təhsil proqramı, dərsliklər və onların əsasında hazırlanmış buraxılış imtahanı proqramlarıdır”​.

Alyans.media xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq DİM-dən bildirilib.

Qeyd olunub ki, imtahanların məzmunu hazırlanarkən qeyd olunanlar nəzərə alınır.

DİM tapşırıqların mürəkkəblik dərəcəsinə də toxunub. Bildirilib ki, hər bir imtahanda müxtəlif hazırlıq səviyyəsinə malik iştirakçıları bir-birindən fərqləndirmək üçün bütün fənlər üzrə test blokunda asan, orta və çətin test tapşırıqlarından istifadə edilir: “Çünki imtahanda yalnız zəif və orta hazırlıqlı abituriyent deyil, yaxşı hazırlıqlı iştirakçıları da bir-birindən fərqləndirmək tələb olunur. Ümumiyyətlə imtahanın asan və ya çətin olması nisbi bir məsələdir. İmtahan iştirakçısının hazırlıq səviyyəsinə görə bu, əlbəttə, dəyişir. Hər hansı bir tapşırıq kimə görəsə çətin, kimə görəsə asan ola bilər. Ancaq ənənəvi təhlillər göstərir ki, test tapşırıqlarının çətin olması ilə bağlı bəzi iştirakçılar tərəfindən səsləndirilən mülahizələr həqiqətə uyğun olmur. İmtahanın mürəkkəblik dərəcəsi sosial şəbəkələrdə yazılanlara əsasən müəyyən edilmir. Bunu əsasən hər imtahandan sonra zəif hazırlıqlı iştirakçılar yazırlar. Bu hər il təkrarlanır.

Hazırda yekun imtahan nəticələri elan olunmayıb. Ona görə də heç kəs konkret fikir söyləyə bilməz. Nəticələr elan olunduqdan sonra lazımi göstəricilər ictimaiyyətə təqdim olunur. Həmin vaxt biz görürük ki, imtahan normal olub və iştirakçıların bilik səviyyələrinə uyğun normal sıralaması həyata keçirilib.

Əvvəlki illərin imtahan nəticələrinin elmi-statistik təhlili ilə Mərkəzin saytında “Abituriyent” jurnalının 12 saylı buraxılışında tanış ola bilərsiniz.

DİM imtahanlardan dərhal sonra bütün tapşırıqları və onların izahını da mərkəzin saytına və sosial şəbəkə hesablarına yerləşdirir. İmtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər bütün test tapşırıqları ilə tanış ola bilirlər. Sual kitabçaları da imtahan iştirakçılarına verilir. Bütün bunlar imtahanının məzmununun ictmaiyyət üçün nə qədər açıq olmasının bariz göstəricisidir”.

Qeyd edək ki, DİM martın 9-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.

Əvvəlki yazı

Prezident Naxçıvanın Konstitusiyasına dəyişiklikləri təsdiqlədi

Növbəti yazı

Xameneinin vurulduğu təsdiqələndi – Ayaqları amputasiya olunub

XƏBƏR LENTİ

Ucarda 15 yaşlı qız ana oldu - Cinayət işi açıldı

Ucarda 15 yaşlı qız ana oldu - Cinayət işi açıldı

20/04/2026 20:53
“Bu şərtlər altında istənilən görüş vaxt itkisidir”

“Bu şərtlər altında istənilən görüş vaxt itkisidir”

20/04/2026 20:27
Azərbaycanda 12 uşağa görün nə adı QOYULUB?

Azərbaycanda 12 uşağa görün nə adı QOYULUB?

20/04/2026 20:02
Bakının bu ərazisində evlər kəskin ucuzlaşdı

Bakının bu ərazisində evlər kəskin ucuzlaşdı

20/04/2026 19:37
İmişlidə 59 yaşlı kişini cərəyan vurub öldürdü

İmişlidə 59 yaşlı kişini cərəyan vurub öldürdü

20/04/2026 19:10
Onların İslamabada göndərildiyini təsdiqlədi - “Artıq yoldadırlar”

Onların İslamabada göndərildiyini təsdiqlədi - “Artıq yoldadırlar”

20/04/2026 18:44
Bu yolda sürət həddi endirildi

Bu yolda sürət həddi endirildi

20/04/2026 18:18
Pensiya kapitalından vaxtından əvvəl istifadə edilə bilər - Yalnız bu halda

Pensiya kapitalından vaxtından əvvəl istifadə edilə bilər - Yalnız bu halda

20/04/2026 17:52
Dövlət Gömrük Komitəsinin səlahiyyəti artırıldı

Dövlət Gömrük Komitəsinin səlahiyyəti artırıldı

20/04/2026 17:43
Ermənistan KTMT-də fəaliyyətini bərpa edəcək?

Ermənistan KTMT-də fəaliyyətini bərpa edəcək?

20/04/2026 17:25
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.