• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Təhsil

Ölkəmizin məktəbəqədər təhsil üzrə nailiyyətləri UNESCO-nun nüfuzlu beynəlxalq hesabatında işıqlandırılıb

28 Mart, 26 / 15:57
A A
Ölkəmizin məktəbəqədər təhsil üzrə nailiyyətləri UNESCO-nun nüfuzlu beynəlxalq hesabatında işıqlandırılıb

UNESCO-nun mənzil-qərargahında yüksəksəviyyəli təqdimatı keçirilən 2026-cı il Qlobal Təhsil Monitorinqi Hesabatı “2030-a geri sayım” adlı üçhissəli seriyanın ilk buraxılışı olaraq təhsildə əlçatanlıq və bərabərlik mövzusuna həsr edilib.

Alyans.media bildirir ki, hesabatın məqsədi ölkələrin təhsil sahəsində irəliləyişini xüsusilə əlçatanlıq və bərabərlik baxımından qiymətləndirmək, bu nəticələrə təsir göstərən əsas amilləri təhlil etmək və 2030-cu ildən sonrakı təhsil gündəliyi üzrə müzakirələrə töhfə verməkdir.

Bu çərçivədə, hesabat son 25 il ərzində məktəbəqədər, ibtidai, orta və ali təhsil səviyyələri üzrə əlçatanlıq və bərabərlik göstəricilərini əhatə edir. Hesabatda, eyni zamanda, qeyd olunan istiqamətlər üzrə ölkə nümunələri əsasında əldə olunan nəticələr daha geniş tədqiqatlarla əlaqələndirilir.

Bu kontekstdə, Azərbaycanın məktəbəqədər təhsil sahəsində əldə etdiyi nailiyyətlər nümunəvi ölkə təcrübələri sırasında yer alır. Hesabatda qeyd olunur ki, Azərbaycan Respublikası cəmi 5 il ərzində məktəbəhazırlıq qrupları ilə əhatə olunan 5 yaşlı uşaqların göstəricisini 25 faizdən 92 faizə yüksəltməklə dünya miqyasında nümunəvi nəticə nümayiş etdirib. Hesabatda, həmçinin ölkəmizdə həyata keçirilən qanunvericilik islahatları, müəllim hazırlığı və məzmun sahələrində görülən işlər xüsusi vurğulanıb.

Xatırladaq ki, təqdimat mərasimində 30-dan çox ölkənin təhsil nazirləri, beynəlxalq təşkilatların rəhbərləri və təhsil üzrə ekspertlər iştirak ediblər.

Əvvəlki yazı

Hakan Fidan: Türkiyə müharibənin bölgə ölkələrinə yayılmasına qarşıdır

Növbəti yazı

Pezeşkiandan region ölkələrinə növbəti təhdid

XƏBƏR LENTİ

Bakıda avtobus sürücüsü sükan arxasında vəfat etdi

Bakıda avtobus sürücüsü sükan arxasında vəfat etdi

20/04/2026 21:08
Ucarda 15 yaşlı qız ana oldu - Cinayət işi açıldı

Ucarda 15 yaşlı qız ana oldu - Cinayət işi açıldı

20/04/2026 20:53
“Bu şərtlər altında istənilən görüş vaxt itkisidir”

“Bu şərtlər altında istənilən görüş vaxt itkisidir”

20/04/2026 20:27
Azərbaycanda 12 uşağa görün nə adı QOYULUB?

Azərbaycanda 12 uşağa görün nə adı QOYULUB?

20/04/2026 20:02
Bakının bu ərazisində evlər kəskin ucuzlaşdı

Bakının bu ərazisində evlər kəskin ucuzlaşdı

20/04/2026 19:37
İmişlidə 59 yaşlı kişini cərəyan vurub öldürdü

İmişlidə 59 yaşlı kişini cərəyan vurub öldürdü

20/04/2026 19:10
Onların İslamabada göndərildiyini təsdiqlədi - “Artıq yoldadırlar”

Onların İslamabada göndərildiyini təsdiqlədi - “Artıq yoldadırlar”

20/04/2026 18:44
Bu yolda sürət həddi endirildi

Bu yolda sürət həddi endirildi

20/04/2026 18:18
Pensiya kapitalından vaxtından əvvəl istifadə edilə bilər - Yalnız bu halda

Pensiya kapitalından vaxtından əvvəl istifadə edilə bilər - Yalnız bu halda

20/04/2026 17:52
Dövlət Gömrük Komitəsinin səlahiyyəti artırıldı

Dövlət Gömrük Komitəsinin səlahiyyəti artırıldı

20/04/2026 17:43
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.