• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə kriminal

“Yeni Klinika”da xəstə ölümünə görə - Həkimə hökm oxundu

09 Aprel, 26 / 13:00
A A
“Yeni Klinika”da xəstə ölümünə görə - Həkimə hökm oxundu

“Yeni Klinika”da əməliyyat zamanı xəstənin ölümündə təqsirləndirilən həkim Sevinc Məmmədovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Alyans.media APA-ya istinadən xəbər verir ki, bu gün Nizami Rayon Məhkəməsində hakim Emin Axundovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.

Qərara əsasən, Sevinc Məmmədova 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. O, elektron qolbaq daşıyacaq.

Qeyd edək ki, “Yeni Klinika” PHŞ-nin Reproduktiv Sağlamlıq və Ailə Planlaması Mərkəzinin Ginekologiya şöbəsində həkim-mama-ginekoloq işləyən Sevinc Məmmədova tərəfindən icra edilmiş cərrahiyyə əməliyyatı nəticəsində Günay Məmmədovanın ötən il mayın 18-də ölməsi faktı üzrə Bakı şəhəri Nizami rayon prokurorluğunda araşdırma aparılaraq Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə keçirilmiş çoxsaylı ekspertiza rəyləri və əldə edilmiş digər istintaq dəlillərinə əsasən, Sevinc Məmmədovanın ötən il mayın 6-da “Yeni Klinika” PHŞ-də Günay Məmmədovanın üzərində icra etdiyi cərrahiyyə əməliyyatı zamanı texniki qüsur törətməsi və qanaxmanın mənbəyini aradan qaldırmaq üçün cərrahi müdaxiləni gecikdirməsi nəticəsində mayın 18-də xəstənin həmin klinikada ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Sevinc Məmmədova cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilib, barəsində isə istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə əsas, məhkəmənin qərarı ilə isə vəzifədən kənarlaşdırılma növündə əlavə qətimkan tədbirləri seçilib.

 

Əvvəlki yazı

Türkiyənin qəzaya uğrayan C-130 təyyarəsi: Terakt olub?

Növbəti yazı

Azərbaycan və Litva Baş nazirləri əməkdaşlığın genişləndirilməsini müzakirə edib

XƏBƏR LENTİ

Ukrayna Xəzərdə neft platformalarını vurdu

Ukrayna Xəzərdə neft platformalarını vurdu

10/04/2026 21:04
Sabiq agentlik sədri açıqladı - “Pullar Seymur Talıbova çatırdı”

Sabiq agentlik sədri açıqladı - “Pullar Seymur Talıbova çatırdı”

10/04/2026 20:37
İsrailin Livana endirdiyi zərbələrdə azı 8 nəfər ölüb

İsrailin Livana endirdiyi zərbələrdə azı 8 nəfər ölüb

10/04/2026 20:13
ABŞ İslamabad danışıqlarında bunu tələb edəcək

ABŞ İslamabad danışıqlarında bunu tələb edəcək

10/04/2026 20:07
30 ədəd qızılağac kəsildi - Cinayət işi başladı

30 ədəd qızılağac kəsildi - Cinayət işi başladı

10/04/2026 19:50
Ukrayna Müdafiə Qüvvələri Xəzərdə Rusiyaya məxsus qazma platformalarını vurub

Ukrayna Müdafiə Qüvvələri Xəzərdə Rusiyaya məxsus qazma platformalarını vurub

10/04/2026 19:38
Tramp və oğlunu öldürməklə hədələyən şəxs həbs edildi

Tramp və oğlunu öldürməklə hədələyən şəxs həbs edildi

10/04/2026 19:23
Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilib 

Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilib 

10/04/2026 19:15
"Hörmüz boğazı üçün ehtiyat planlarımız var”

"Hörmüz boğazı üçün ehtiyat planlarımız var”

10/04/2026 19:03
3 gün leysan olacaq, sel keçəcək - XƏBƏRDARLIQ

3 gün leysan olacaq, sel keçəcək - XƏBƏRDARLIQ

10/04/2026 18:43
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.