• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Kişi və qadınlara bərabər dəyərli əməyə görə bərabər əməkhaqqı verilməsi təmin olunacaq

10 Aprel, 26 / 13:24
A A
Kişi və qadınlara bərabər dəyərli əməyə görə bərabər əməkhaqqı verilməsi təmin olunacaq

BuƏmək Məcəlləsində və “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda təsdiqlənib.

Alyans.media  xəbər verir ki, bu məsələ parlamentin aprelin 10-da keçirilən iclasının gündəliyinə daxil edilib

Bildirilib ki, Beynəlxalq Əmək Təşkilatının 100 nömrəli Konvensiyasına və Avropa Sosial Xartiyasına uyğun olaraq, kişi və qadınlara bərabər dəyərli əməyə görə bərabər əməkhaqqı verilməsi tam təmin olunmalıdır. Lakin mövcud qanunvericilkdə bu prinsip yalnız “eyni və ya oxşar işlər” çərçivəsində tətbiq olunur və daha geniş anlayışı əhatə etmir.

Bu xüsusda ölkəmizdə əməkhaqqı sahəsində gender bərabərliyinin təmin olunması məqsədilə qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi zərurətini şərtləndirən əsas amillərdən biri də, məhz qeyd olunan beynəlxalq öhdəliklərdən irəli gəlir.

Təqdim olunan layihəyə əsasən, Əmək Məcəlləsində dəyişiklik edilərək işəgötürənlərin bərabər əməkhaqqı təmin etmək öhdəliyi konkretləşdirilir və əməkhaqqı sistemində cinsə görə ayrı-seçkiliyin qarşısının alınması gücləndirilir. Belə ki, Məcəllədə işəgötürənin vəzifələrini nəzərdə tutan 12-ci maddənin “g” bəndi təkmilləşdirilir və cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əmək haqqının verilməsini təmin etmək öhdəlik olaraq müəyyən edilir.

Eyni zamanda, Məcəllənin 154-cü maddəsinə yeni hissə əlavə edilməklə bərabər dəyərli işin obyektiv qiymətləndirilməsinin əmək şəraiti, əmək funksiyasının xarakteri və qüvvədə olan Vahid Tarif-İxtisas Sorğu Kitabçalarında nəzərdə tutulmuş tarif-ixtisas xüsusiyyətləri nəzərə alınmaqla işəgötürənlər tərəfindən müəyyən edilməsi nəzərdə tutulub.

Layihədə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanuna təklif olunan dəyişikliyə əsasən, əməkhaqqının yalnız eyni və ya oxşar işlərə görə deyil, bərabər dəyərli işlərə görə də ödənilməsi nəzərdə tutulur.

Əvvəlki yazı

Terror fəaliyyəti ilə bağlı yeni cəzalar ilk oxunuşda qəbul edilib

Növbəti yazı

Ermənistanda ağır yol qəzası baş verib, 5 nəfər ölüb

XƏBƏR LENTİ

Prezident Sərəncam imzaladı

Prezident MİDA-nın bir qrup əməkdaşını təltif etdi

10/04/2026 15:39
London Rusiya nefti daşıyan tankerləri niyə saxlamır?

London Rusiya nefti daşıyan tankerləri niyə saxlamır?

10/04/2026 15:26
Litvanın Baş naziri İnqa Ruqiniene İçərişəhərlə tanış olub

Litvanın Baş naziri İnqa Ruqiniene İçərişəhərlə tanış olub

10/04/2026 15:10
Neft qiymətlərində paradoks: Süıh razılaşması və artan qiymətlər

Neft qiymətlərində paradoks: Süıh razılaşması və artan qiymətlər

10/04/2026 15:03
Ermənistan XİN rəhbəri: “Tramp marşrutu”nun inşasına üçüncü ölkələr də cəlb ediləcək

Ermənistan XİN rəhbəri: “Tramp marşrutu”nun inşasına üçüncü ölkələr də cəlb ediləcək

10/04/2026 14:50
Ötən il "İpək Yolu Sığorta"nın xalis mənfəəti 44%-ə yaxın azalıb

Ötən il "İpək Yolu Sığorta"nın xalis mənfəəti 44%-ə yaxın azalıb

10/04/2026 14:46
Livanın Baş naziri danışıqlar üçün ABŞ-yə səfər edəcək

Livanın Baş naziri danışıqlar üçün ABŞ-yə səfər edəcək

10/04/2026 14:40
Hacıqabul sakini itkin düşüb

Hacıqabul sakini itkin düşüb

10/04/2026 14:34
İsveç NATO-da parçalanma riskləri barədə xəbərdarlıq edir

İsveç NATO-da parçalanma riskləri barədə xəbərdarlıq edir

10/04/2026 14:24
İspaniya XİN rəhbəri Əraqçini ABŞ-la danışıqları "xoş niyyətlə" aparmağa çağırıb

İspaniya XİN rəhbəri Əraqçini ABŞ-la danışıqları "xoş niyyətlə" aparmağa çağırıb

10/04/2026 14:20
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.