• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Həlak olan minatəmizləyənlərin övladlarının təhsilhaqlarının dövlət hesabına ödənilməsi təklifi ilk oxunuşda qəbul edilib

10 Aprel, 26 / 13:33
A A
Həlak olan minatəmizləyənlərin övladlarının təhsilhaqlarının dövlət hesabına ödənilməsi təklifi ilk oxunuşda qəbul edilib

Milli Məclis minatəmizləmə fəaliyyəti həyata keçirən zaman həlak olmuş minatəmizləyənlərin övladlarının təhsilhaqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsini ilk oxunuşda qəbul edib.

Alyans.media xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsində, “Təhsil haqqında” və “Minatəmizləmə fəaliyyəti haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Qeyd edilib ki, qanun layihəsi minatəmizləmə fəaliyyəti həyata keçirən zaman vəzifə borcunu yerinə yetirərkən həlak olmuş minatəmizləyənlərin ailə üzvlərinin sosial rifahının yaxşılaşdırılması və onlara dövlət qayğısının artırması məqsədi ilə hazırlanıb.

Layihədə Vergi Məcəlləsinə təklif edilən dəyişiklik minatəmizləmə fəaliyyətini həyata keçirən zaman vəzifə borcunu yerinə yetirərkən həlak olmuş minatəmizləyənlərin ailə üzvlərinin vergi tutulmalı olan aylıq gəlirinin 400 manat məbləğində azaldılmasını nəzərdə tutur.

“Təhsil haqqında” Qanuna təklif olunan dəyişiklik isə minatəmizləmə fəaliyyəti həyata keçirən zaman həlak olmuş minatəmizləyənlərin övladlarının mülkiyyət formasından asılı olmayaraq ölkənin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil (əlavə təhsil istisna olmaqla) aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsini nəzərdə tutur.

Bu Qanun layihəsinin keçid müddəalarına əsasən 2026-cı il sentyabrın 15-dən tətbiq edilməsi nəzərdə tutulan dəyişikliklər bu Qanun qüvvəyə mindiyi tarixədək minatəmizləmə fəaliyyətini həyata keçirən zaman həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin övladlarına da (ən çoxu 23 yaşına çatanadək) şamil olunur.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Əvvəlki yazı

Ermənistanda ağır yol qəzası baş verib, 5 nəfər ölüb

Növbəti yazı

Sumqayıtda yanğın riski yaradan mağazanın fəaliyyəti dayandırılıb

XƏBƏR LENTİ

Azərbaycan havanın təmizliyinə görə Cənubi Qafqazda liderdir

Azərbaycan havanın təmizliyinə görə Cənubi Qafqazda liderdir

10/04/2026 16:38
Bu tarixdə instensiv yağış yağacaq - Dolu düşəcək

Bu tarixdə instensiv yağış yağacaq - Dolu düşəcək

10/04/2026 16:20
MEDİA-dan raket iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA

MEDİA-dan raket iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA

10/04/2026 16:14
Fransada təlim təyyarəsi qəzaya uğrayıb

Fransada təlim təyyarəsi qəzaya uğrayıb

10/04/2026 15:56
Prezident Sərəncam imzaladı

Prezident MİDA-nın bir qrup əməkdaşını təltif etdi

10/04/2026 15:39
London Rusiya nefti daşıyan tankerləri niyə saxlamır?

London Rusiya nefti daşıyan tankerləri niyə saxlamır?

10/04/2026 15:26
Litvanın Baş naziri İnqa Ruqiniene İçərişəhərlə tanış olub

Litvanın Baş naziri İnqa Ruqiniene İçərişəhərlə tanış olub

10/04/2026 15:10
Neft qiymətlərində paradoks: Süıh razılaşması və artan qiymətlər

Neft qiymətlərində paradoks: Süıh razılaşması və artan qiymətlər

10/04/2026 15:03
Ermənistan XİN rəhbəri: “Tramp marşrutu”nun inşasına üçüncü ölkələr də cəlb ediləcək

Ermənistan XİN rəhbəri: “Tramp marşrutu”nun inşasına üçüncü ölkələr də cəlb ediləcək

10/04/2026 14:50
Ötən il "İpək Yolu Sığorta"nın xalis mənfəəti 44%-ə yaxın azalıb

Ötən il "İpək Yolu Sığorta"nın xalis mənfəəti 44%-ə yaxın azalıb

10/04/2026 14:46
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.