• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Dünya

Məkkəyə girişə məhdudiyyət qoyuldu

14 Aprel, 26 / 10:46
A A
Məkkəyə girişə məhdudiyyət qoyuldu

Səudiyyə Ərəbistanı Həcc mövsümü ərəfəsində artan izdihamın qarşısını almaq üçün yeni qaydalar tətbiq edib. Qərara əsasən, Məkkə şəhərinə giriş artıq xüsusi icazə ilə mümkün olacaq.

Alyans.media xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyinin açıqlamasında deyilir.

Bildirilib ki, 14 aprel tarixindən etibarən Məkkəyə daxil olmaq istəyən şəxslər müvafiq qurumlardan rəsmi icazə almalıdır. İcazəsi olmayan şəxslərin şəhərə girişi qadağan ediləcək.

Məkkədə yaşayış icazəsi olanlar, Həcc vizası sahibləri və müqəddəs ərazilərdə işləyən şəxslər bu qaydadan istisna olunur.

Qərara əsasən, Ümrə vizası ilə ölkədə olan xarici ziyarətçilər 18 aprel 2026-cı ilədək ölkəni tərk etməlidirlər. Bu tarixdən sonra ölkədə qalan şəxslərin sanksiyalarla üzləşə biləcəyi bildirilib.

Həmçinin “Nusuk” platforması vasitəsilə Ümrə icazələrinin verilməsi 18 aprel – 31 may tarixləri arasında müvəqqəti olaraq dayandırılacaq. Bu addım Həcc öncəsi sıxlığın idarə olunmasına yönəlib.

Rəsmilər icazəsiz Həcc ziyarətinə cəhd edən şəxslərə qarşı ciddi tədbirlərin görüləcəyini vurğulayıblar. Qaydanı pozanları ölkəyə giriş qadağası və 20 min riyala qədər cərimə gözləyir.

Rəsmi məlumatlara görə, ötən il Həcc ziyarətində 1,6 milyondan çox insan iştirak edib. Yeni qaydaların əsas məqsədinin izdihamı nəzarətdə saxlamaq, təhlükəsizliyi artırmaq və ibadətin daha nizamlı təşkilini təmin etmək olduğu bildirilib.

 

Əvvəlki yazı

Uzun müddət davam edən öskürək nəyə işarədir?

Növbəti yazı

Şabranda bu hotel bağlandı - Fotolar

XƏBƏR LENTİ

Keçid balları ilə bağlı abituriyentlərə şad xəbər

Keçid balları ilə bağlı abituriyentlərə şad xəbər

22/04/2026 10:47
Qubada maşın ağaca çırpıldı - Ölən və xəsarət alanlar var

Qubada maşın ağaca çırpıldı - Ölən və xəsarət alanlar var

22/04/2026 10:21
Bazarlarda məhsullar UCUZLAŞDI -VİDEO

Bazarlarda məhsullar UCUZLAŞDI -VİDEO

21/04/2026 23:42
Bakı metrosunda daha bir insident: Ölən şəxsin kimliyi bilindi

Bakı metrosunda daha bir insident: Ölən şəxsin kimliyi bilindi

21/04/2026 23:15
Qurbanov Elvini buna görə komandadan qovub - Qızlarla partilər…

Qurbanov Elvini buna görə komandadan qovub - Qızlarla partilər…

21/04/2026 22:49
Gənclər və İdman Nazirliyində nöqsanlar

Gənclər və İdman Nazirliyində nöqsanlar

21/04/2026 22:41
İrandan ABŞ-yə növbəti imtina - “Blokada qalxmasa, danışıq olmayacaq”

İrandan ABŞ-yə növbəti imtina - “Blokada qalxmasa, danışıq olmayacaq”

21/04/2026 22:24
“Hizbullah” Livanda atəşkəsi pozub”

“Hizbullah” Livanda atəşkəsi pozub”

21/04/2026 22:05
‘’Zirə” Azərbaycan kubokunun finalında

‘’Zirə” Azərbaycan kubokunun finalında

21/04/2026 21:54
“Şagird spirti termosda gətirib” - Həmin məktəbin direktoru+Video

“Şagird spirti termosda gətirib” - Həmin məktəbin direktoru+Video

21/04/2026 21:30
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.