• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Ölkə

Latviya nümayəndə heyəti Şuşa və Xankəndidə aparılan yenidənqurma işləri ilə tanış olublar

16 Aprel, 26 / 15:27
A A
Latviya nümayəndə heyəti Şuşa və Xankəndidə aparılan yenidənqurma işləri ilə tanış olublar

Azərbaycanla Latviya arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 9-cu iclasında iştirak üçün ölkəmizdə səfərdə olan Latviya Respublikasının kənd təsərrüfatı naziri Armands Krauzenin rəhbərlik etdiyi nümayəndə heyəti Şuşa və Xankəndi şəhərlərində aparılan yenidənqurma işləri ilə tanış olublar.

Alyans.media xəbər verir ki, nümayəndə heyəti əvvəlcə Azərbaycanın tarixi və qədim diyarı Şuşa şəhərinin mərkəzi meydanı, Şuşa xalça muzeyi, Aşağı Gövhərağa məscidi, Yeni Yaşayış Kompleksi və Cıdır düzündə olublar. Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov səfər iştirakçılarına Şuşa şəhərinin tarixi, işğal dövründəki vəziyyəti, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarəti ilə şəhərdə aparılan quruculuq işləri, tarixi abidələrin bərpası və nəzərdə tutulan planlar barədə məlumat verib. Qeyd olunub ki, mədəniyyət paytaxtımızın bərpa və yenidənqurulması layihələri Şuşanın özünəməxsus memarlıq ənənələrinə və xalqımızın milli dəyərlərinə söykənir.

Daha sonra nümayəndə heyəti Xankəndi şəhərində Zəfər parkı və Zəfər meydanında olublar. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin məsləhətçisi Qasım İbrahimov qonaqlara qədim Azərbaycan torpağı olan Xankəndi şəhərinin uzun illər işğala, dağıntılara məruz qaldığı, artıq bir neçə ildir ki, işğal altında qalan bütün ərazilərin azad edildiyi, azad edilmiş ərazilərdə hazırda genişmiqyaslı yenidənqurma işlərinin aparıldığı barədə məlumat verib. Qeyd olunub ki, Xankəndi şəhərində yaradılan Zəfər parkı Azərbaycan xalqının tarixi ədalətin bərpası və öz ərazi bütövlüyünün qorunması uğrunda göstərdiyi döyüş əzmini, misilsiz qəhrəmanlığını və 44 günlük Vətən müharibəsi zamanı qazandığı möhtəşəm Qələbəni əks etdirir.

Səfər iştirakçıları “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində Xankəndi şəhərində aparılan genişmiqyaslı bərpa-quruculuq işləri ilə də əyani tanış olublar. Vurğulanıb ki, hazırda Şuşa və Xankəndinə olduğu kimi Azərbaycanın işğaldan azad olunmuş bütün ərazilərində bərpa və yenidənqurma işləri sürətlə davam etdirilir.

Əvvəlki yazı

Ermənistanda Rusiya təbliğatı QADAĞAN EDİLDİ 

Növbəti yazı

Musiala Çempionlar Liqasında tarix yazdı

XƏBƏR LENTİ

Ülvi Məmmədov DÇ-də yarışacaq

Ülvi Məmmədov DÇ-də yarışacaq

20/04/2026 22:16
Tramp son sözü deyəcək

Onlarla görüşməkdə heç bir problemim yoxdu

20/04/2026 21:39
Dolu, yağış və küləkli hava şəraiti meyvələrin qiymətinə təsir edəcək?

Dolu, yağış və küləkli hava şəraiti meyvələrin qiymətinə təsir edəcək?

20/04/2026 21:19
Bakıda avtobus sürücüsü sükan arxasında vəfat etdi

Bakıda avtobus sürücüsü sükan arxasında vəfat etdi

20/04/2026 21:08
Ucarda 15 yaşlı qız ana oldu - Cinayət işi açıldı

Ucarda 15 yaşlı qız ana oldu - Cinayət işi açıldı

20/04/2026 20:53
“Bu şərtlər altında istənilən görüş vaxt itkisidir”

“Bu şərtlər altında istənilən görüş vaxt itkisidir”

20/04/2026 20:27
Azərbaycanda 12 uşağa görün nə adı QOYULUB?

Azərbaycanda 12 uşağa görün nə adı QOYULUB?

20/04/2026 20:02
Bakının bu ərazisində evlər kəskin ucuzlaşdı

Bakının bu ərazisində evlər kəskin ucuzlaşdı

20/04/2026 19:37
İmişlidə 59 yaşlı kişini cərəyan vurub öldürdü

İmişlidə 59 yaşlı kişini cərəyan vurub öldürdü

20/04/2026 19:10
Onların İslamabada göndərildiyini təsdiqlədi - “Artıq yoldadırlar”

Onların İslamabada göndərildiyini təsdiqlədi - “Artıq yoldadırlar”

20/04/2026 18:44
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.