Alyans.media xəbər verir ki , bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumunda (ADF2026) bildirib .
Hacıyev X-də yazıb: “ADF2026-da “Dəyişən Dünyada Regional Sahibliyin Rolü” mövzusunda çıxış etməkdən şərəf duyuram. Beynəlxalq münasibətlərdə artan qütbləşmə və azalan etimad dövründə regional sahiblik strateji zərurətə və məsuliyyətə çevrilib. Bizim üçün bu, həm də regional liderlikdən, regional inklüzivlikdən və ortaq regional məsuliyyətdən ibarətdir. Azərbaycan lap əvvəldən regional sahibliyin qəti müdafiəçisi olub”.
Onun sözlərinə görə, regional təhlükəsizliyin təməl daşı olan Azərbaycan-Türkiyə tərəfdaşlığından tutmuş Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə kimi genişləndirilmiş formatlara və qonşu bölgələrlə daha geniş əlaqələrə qədər “bu səylər institusional regional əməkdaşlığın necə sabitlik və rifah təmin edə biləcəyini əks etdirir”.










