Paytaxtın”8-ci kilometr” bazarında mövsümi tərəvəzlərin qiyməti aşağı düşüb. Lobyanın kiloqramı 8 manat, badımcam 1-2.50, təzə kartof 1.50-1.80 , çiyələk 3 manatdan təklif olunur.
Alyans.media Xezerxeber.az-a istinadən xəbər verir ki, satıcılar deyir ki, iki həftə əvvəllə müqayisədə bazarda qiymət ucuzlaşsa da alıcı qıtlığı var.
Bazarda bolluq olsa da alıcı qıtlığı kameramızın obyektivindən də yayınmadı. Meyvələrin qiymətində isə ciddi dəyişiklik yoxdur. Satıcılar deyirlər ki, hazırda yalnız İrandan idxal edilən meyvələrin qiymətində artım müşahidə olunur. Məsələn, kivinin kiloqramı 4-5, portağal isə 3-4 manatadır.










